Heykəlin
qulağını oğurlayan finlandiyalı həbs edilib
Çilinin Pasxa adasında Finlandiya vətəndaşı məşhur daş heykəllərdən birinin
qulağını oğurlayarkən yaxalanıb.
Yerli
sakinlərdən biri Marko Kulyunun 4 metrlik abidənin qulağını qırdığını görüb.
Turist iri daşı əlində saxlaya bilməyib və o, yerə düşərək parçalanıb.
Polis
məntəqəsində məlum olub ki, Kulyu nəinki heykəlin bir hissəsini qoparıb, hətta
qulağın hissəciklərindən birini oğurlayıb qaçmağa cəhd göstərib. Əgər Kulyunun
cinayəti sübuta yetirilsə, onu 7 il həbs və pul cəriməsi gözləyir.
Məsələ barədə açıqlama verən Çili hökuməti bildirib ki, belə hallar tez-tez baş
verir və onların qarşısını almaq heç də həmişə mümkün olmur. Belə ki, arxeoloji
abidələr burada hər yerdə var. Alimlər müəyyən ediblər ki, Pasxa adasında 100
metr hündürlükdə və 800 ton çəkidə 900 daş heykəl var. Bu abidələr 1995-ci ildə
UNESCO-nun dünya mədəni irsi obyektlərinin sırasına daxil edilib. “Abidə
oğruları”nın məqsədi isə belə tarixi əsərlərin hissələrini ələ keçirərək qara
bazarda kolleksionerlərə satmaqdır. /zaman.az/