Xorvatiya futbolçusu oyun zamanı həyatını itirib » Islam Ислам :: Xeberler Новости :: Video Видео :: Futbol :: Zarafatlar Шутки :: Resmler Картинки :: Oyunlar Игры :: Intellektual Интеллектуальный :: Sevgi :: Avtos və avtomobillər :: SMS :: Proqramlar Программы :: Flash :: Derslikler Учебники :: Muxtelif Разное
Xorvatiya futbolçusu oyun zamanı aldığı kəllə-beyin
zədəsindən həyatını itirib
25 yaşlı Xrvoe Kustiç rəqibi ilə top uğrunda mübarizə
apararkən sürüşərək başı meydançanın qırağında olan maneəyə dəyib
Xorvatiyanın "Zadara" futbol klubunun oyunçusu Xrvoe Kustiç “Sibaliya” ilə
oyun zamanı başından aldığı zədədən həyatını itirib.
25 yaşlı Kustiç martın 29-u keçirilən oyunda rəqibi ilə top uğrunda mübarizə
apararkən sürüşərək, başı meydançanın qırağında olan maneəyə dəyib. "Evrosport"
telekanalının məlumatına görə, aldığı zədədən futbolçu komaya düşüb və beş gün
sonra xəstəxanada huşu özünə gəlmədən ölüb.
Xorvatiya çempionatının növbəti turu aprelin 30-dək təxirə salınıb.
“Zadara”nın oyunçuları isə klubun rəhbərliyinə bildirblər ki, meydançanın
ətrafındakı beton maneə götürülməsə, meydana çıxmayacaqlar.
Qeyd edək ki, ölkə mətbuatı "Zadara" meydanının oyun üçün uyğun gəlmədiyi
barədə dəfələrlə yazıb. /ANS PRESS/
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.