Siyəzəndə 6 ayaqlı buzov dünyaya gəlib
Baytar həkimlər bu qənaətdədir ki, buzov düzgün mayalanmayan əkizlərdən biridir
Siyəzən rayonunun Eynibulaq kəndində bəlkə də Azərbaycanda analoqu olmayan
hadisə baş verib. Bayramovların ailəsinin təsərrüfatında 6 ayaqlı inək balası
dünyaya gəlib. Adətən bu cür heyvanlar fiziki cəhətdən zəif doğulsa da, bu buzov
tam sağlamdır. Hərəkətində və qida qəbulunda heç bir problemi olmayan 6 ayaqı
buzovun iki quyruğu var. Təsərrüfat sahibi Sərdar Bayramov bildirib ki,
Eynibulaq kəndində bu hadisənin eyni olan ikinci bir hadisəyə rast gəlinməyib.
Yeni doğulan buzova baxış keçirən baytar həkimlər bu qənaətdədir ki, buzov
düzgün mayalanmayan əkizlərdən biridir. Əlavə iki ayaq və quyruq da məhs həmin
əkizin bir hissəsidir. Amma baytar həkimlər bu qənaətdədirlər ki, əlavə hissənin
balanın normal yaşamasına heç bir mənfi təsiri olmayacaq. Buzovu anası qəbul
etmir. /ANS PRESS/