Ronaldinyo mövsümün sonuna qədər "Barselona"nın heyətindən kənarda qala bilər
Ronaldinyo ən yaxşı halda, Çempionlar Liqasının mayın 21-də Moskvada keçiriləcək
final matçında komandasına kömək edə biləcək
Futbol mütəxəssisləri bu mövsümün brazliyalı yarımmüdafiəçi Ronaldinyo üçün başa
çatdığını qənaətindədirlər. Sağ ayaq əzələlərini zədələdiyindən İki həftə yaşıl
meydanlardan kənarda qalmış futbolçu dünəndən etibarən məşqlərə başlayıb. Amma
məşq zamanı Ronalinyo yenidən zədələnib. Bu dəfə onun zədəsi daha ciddidir. Məhz
bu səbəbdən həkimlər ən azı may ayına qədər Barsanın ulduzunun futbol oynaya
bilməyəcəyini bildiriblər.
Ronaldinyo ən yaxşı halda, Çempionlar Liqasının mayın 21-də Moskvada keçiriləcək
final matçında komandasına kömək edə biləcək. Bunun üçün isə "Barselona"nın
finala adlaması vacibdir. Bu azmış kimi, Barsanın digər yarımmüdafiəçisi Deku də
zədələnib. Onun nə zaman yaşıl meydanlara qayıdacağı isə bəlli deyil. Əvəzində,
Messi nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl İspaniyaya qayıdıb. O, öz ölkəsindəki
müalicəni başa vurub. Messi yaxın günlərdə komandaya qoşulacaq. 20 yaşlı
futbolçuların aprelin ortalarından etibarən Barselonanın heyətində meydana
çıxacağı gözlənilir. /ANS PRESS/