DataLife Engine > Futbol > Xorvatiya futbolçusu oyun zamanı həyatını itirib
Xorvatiya futbolçusu oyun zamanı həyatını itirib6 àïðåëÿ 2008. Ðàçìåñòèë: Ismail |
|
Xorvatiya futbolçusu oyun zamanı aldığı kəllə-beyin zədəsindən həyatını itirib 25 yaşlı Xrvoe Kustiç rəqibi ilə top uğrunda mübarizə apararkən sürüşərək başı meydançanın qırağında olan maneəyə dəyib Xorvatiyanın "Zadara" futbol klubunun oyunçusu Xrvoe Kustiç “Sibaliya” ilə oyun zamanı başından aldığı zədədən həyatını itirib. 25 yaşlı Kustiç martın 29-u keçirilən oyunda rəqibi ilə top uğrunda mübarizə apararkən sürüşərək, başı meydançanın qırağında olan maneəyə dəyib. "Evrosport" telekanalının məlumatına görə, aldığı zədədən futbolçu komaya düşüb və beş gün sonra xəstəxanada huşu özünə gəlmədən ölüb. Xorvatiya çempionatının növbəti turu aprelin 30-dək təxirə salınıb. “Zadara”nın oyunçuları isə klubun rəhbərliyinə bildirblər ki, meydançanın ətrafındakı beton maneə götürülməsə, meydana çıxmayacaqlar. Qeyd edək ki, ölkə mətbuatı "Zadara" meydanının oyun üçün uyğun gəlmədiyi barədə dəfələrlə yazıb. /ANS PRESS/ ![]() |