DataLife Engine > Futbol > Ronaldinyo mövsümün sonuna qədər "Barselona"dan kənarda qala bilər

Ronaldinyo mövsümün sonuna qədər "Barselona"dan kənarda qala bilər


6 апреля 2008. Разместил: Ismail

Ronaldinyo mövsümün sonuna qədər "Barselona"nın heyətindən kənarda qala bilər

Ronaldinyo ən yaxşı halda, Çempionlar Liqasının mayın 21-də Moskvada keçiriləcək final matçında komandasına kömək edə biləcək

Futbol mütəxəssisləri bu mövsümün brazliyalı yarımmüdafiəçi Ronaldinyo üçün başa çatdığını qənaətindədirlər. Sağ ayaq əzələlərini zədələdiyindən İki həftə yaşıl meydanlardan kənarda qalmış futbolçu dünəndən etibarən məşqlərə başlayıb. Amma məşq zamanı Ronalinyo yenidən zədələnib. Bu dəfə onun zədəsi daha ciddidir. Məhz bu səbəbdən həkimlər ən azı may ayına qədər Barsanın ulduzunun futbol oynaya bilməyəcəyini bildiriblər.

Ronaldinyo ən yaxşı halda, Çempionlar Liqasının mayın 21-də Moskvada keçiriləcək final matçında komandasına kömək edə biləcək. Bunun üçün isə "Barselona"nın finala adlaması vacibdir. Bu azmış kimi, Barsanın digər yarımmüdafiəçisi Deku də zədələnib. Onun nə zaman yaşıl meydanlara qayıdacağı isə bəlli deyil. Əvəzində, Messi nəzərdə tutulmuş vaxtdan xeyli əvvəl İspaniyaya qayıdıb. O, öz ölkəsindəki müalicəni başa vurub. Messi yaxın günlərdə komandaya qoşulacaq. 20 yaşlı futbolçuların aprelin ortalarından etibarən Barselonanın heyətində meydana çıxacağı gözlənilir. /ANS PRESS/