Çin
zooparkında pələng ziyarətçini yeyib
37
yaşlı Çjan Yaçunun yalnız ayaqları və kəlləsi qalıb
Çinin
Xarbin şəhərində zooparkda pələng ziyarətçini yeyib. “Röyters” agentliyinin
yerli KİV-ə istinadən verdiyi məlumata görə, zərərçəkən ruhi xəstə Çjan Yaçun
martın 24-ü evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun meyiti isə beş gün
sonra pələngin qəfəsində tapılıb. Yerli qəzetin məlumatına görə, 37 yaşlı
Yaçunun yalnız ayaqları və kəlləsi qalıb. Ailəsinin dediyinə görə, o pələngləri
çox sevirmiş.
Qyed
edək ki, belə hadisələr Çində tez-tez baş verir. Məsələn, bu ilin fevral ayında
sirkdəki şir 10 yaşlı oğlan uşağının əlini dişləmişdi, ötən il isə timsahlar
başqa bir oğlan uşağını diri-diri yemişdilər. /ANS PRESS/