DataLife Engine > Islam > Bir dəstə gül: Dünya malına hərislik
Bir dəstə gül: Dünya malına hərislik4 àïðåëÿ 2008. Ðàçìåñòèë: Ismail |
DÜNYA MALINA HƏRİSLİK361–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Hər kimin iki günü bərabər və inkişafsız olsa zərər etmişdir. Biharul-ənvar /71/173.***362–İmam Kazim əleyhissalam buyurur: Dünya malı dəniz suyuna bənzər, susuz adam ondan nə qədər içsə, susuzluğu bir o qədər artar və nəticədə onu həlak edər. Biharul-ənvar /78/311.***363–İmam Hadi əleyhissalam buyurur: Camaat bu dünyada mal-dövlətə, axirətdə isə yaxşı əməllərə yüksək baxarlar. Biharul-ənvar /78/368.***364–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ümmətimin qadınlarını iki şey həlak edər: 1. Qızıl; 2. Nazik paltarlar geyib bədənini özgələrə göstərmək; Həmçinin iki şey ümmətimin kişilərini fəlakətə sürükləyər: 1. Savadsızlıq; 2. Mal toplamaq və dünya hərisliyi. Məcmueyi vərram. |