DÜNYA MALINA HƏRİSLİK
361–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Hər kimin
iki günü bərabər və inkişafsız olsa zərər etmişdir.
Biharul-ənvar /71/173.
***
362–İmam Kazim əleyhissalam buyurur: Dünya malı
dəniz suyuna bənzər, susuz adam ondan nə qədər içsə, susuzluğu bir o qədər artar
və nəticədə onu həlak edər.
Biharul-ənvar /78/311.
***
363–İmam Hadi əleyhissalam buyurur: Camaat bu
dünyada mal-dövlətə, axirətdə isə yaxşı əməllərə yüksək baxarlar.
Biharul-ənvar /78/368.
***
364–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ümmətimin
qadınlarını iki şey həlak edər: 1. Qızıl;
2. Nazik paltarlar geyib
bədənini özgələrə göstərmək;
Həmçinin iki şey ümmətimin kişilərini fəlakətə sürükləyər:
1. Savadsızlıq; 2. Mal
toplamaq və dünya hərisliyi.
Məcmueyi vərram.