Bakı
Soveti stansiyası bağlanacaq
Bir
ay stansiyanın üst və yan tərəfdə olan dəmir beton konstruksiyaları söküləcək
Aprelin 7-dən etibarən metronun Bakı Soveti stansiyası burada aparılan
yenidənqurma işləri ilə əlaqədar bağlanacaq. Bir ay ərzində qapıları
sərnişinləri üzünə bağlı olacaq stansiyada bu vaxt ərzində üst və yan tərəfdə
olan dəmir beton konstruksiyaları söküləcək. İş icraçısı Səlim Səlimovun
sözlərinə görə, bu təhlükəsizliklə bağlı atılmış addımdır./ANS PRESS/