DataLife Engine > Futbol > Çempionlar Liqasının növbəti finalı Madriddə keçiriləcək
Çempionlar Liqasının növbəti finalı Madriddə keçiriləcək30 марта 2008. Разместил: Ismail |
![]() Futbol üzrə UEFA Çempionlar Liqasının növbəti mövsümünün finalı Madriddə keçiriləcək İspaniya paytaxtı Çempionlar Liqasının finalını qazanmaq uğrunda mübarizədə İngiltərənin London, Almaniyanın Münhen və Berlin şəhərlərinə qalib gəlib Futbol üzrə UEFA Çempionlar Liqasının 2009-2010-cu illər mövsümünün finalı UEFA İcraiyyə Komitəsinin qərarı ilə İspaniyanın paytaxtı Madriddə keçiriləcək. Madridin 5 ulduzlu Santyaqo Bernabeu stadionu böyüklüyünə görə Barselonanın Nou Kampdan sonra İspaniyanın ikinci arenası sayılır. 85 minlik azarkeş tutumuna malik olan arena 1957, 1969 və 1980-ci illərdə Avropa çempionları Kubokunun final matçlarını qəbul edib. İspaniya paytaxtı Çempionlar Liqasının finalını qazanmaq uğrunda mübarizədə İngiltərənin London, Almaniyanın Münhen və Berlin şəhərlərinə qalib gəlib. /ANS PRESS/ |