
Futbol üzrə UEFA Çempionlar Liqasının növbəti mövsümünün finalı Madriddə keçiriləcək
İspaniya paytaxtı Çempionlar Liqasının finalını qazanmaq uğrunda mübarizədə
İngiltərənin London, Almaniyanın Münhen və Berlin şəhərlərinə qalib gəlib
Futbol üzrə UEFA Çempionlar Liqasının 2009-2010-cu illər mövsümünün finalı UEFA
İcraiyyə Komitəsinin qərarı ilə İspaniyanın paytaxtı Madriddə keçiriləcək.
Madridin 5 ulduzlu Santyaqo Bernabeu stadionu böyüklüyünə görə Barselonanın Nou
Kampdan sonra İspaniyanın ikinci arenası sayılır.
85
minlik azarkeş tutumuna malik olan arena 1957, 1969 və 1980-ci illərdə Avropa
çempionları Kubokunun final matçlarını qəbul edib. İspaniya paytaxtı Çempionlar
Liqasının finalını qazanmaq uğrunda mübarizədə İngiltərənin London, Almaniyanın
Münhen və Berlin şəhərlərinə qalib gəlib. /ANS PRESS/