Cənub qütbündən nəhəng buz təbəqəsinin qopacağı gözlənilir
Akademiklər bu hadisəni qlobal istiləşmənin ən böyük sübutu kimi qəbul edirlər
Sentyabr ayının 15-də metronun 6-cı və 9-cu mikrorayonlar ərazisində yerləşən "Nəsimi"
stansiyasının açılışı olacaq.
Antarktikadan nəhəng bir buz təbəqəsi qopacaq. İngiltərənin Antarktika
müşahidə qrupunun ekspertləri təbəqənin qopma prosesinin çox böyük sürətlə davam
etdiyini bildiriblər.
Buz kütləsi təxminən 400 kvadrat kilometr böyüklükdə, yəni Aralıq dənizindəki
Malta adasından da böyükdür. Peyk məlumatları qitədən qopmaqda olan buz
kütləsinin yaxın vaxtlarda parçalana biləcəyinə işarə edir. Colorado
universitetinin milli qar və buz məlumat mərkəzindənr Ted Skambos isə hesab edir
ki, buz kütləsi gələn ilin yanvar ayında qopa bilər. Akademiklər həmçinin qitədə
son 50 ildə gözlənilməz şəkildə hərarətin artığını bildirirlər. /ANS
PRESS/