DataLife Engine > Xeberler - Новости > İki yaşlı uşaq anasını xilas edib
İki yaşlı uşaq anasını xilas edib26 марта 2008. Разместил: Ismail |
![]() İki yaşlı ingilis uşağı təcili yardım çağıraraq anasını xilas edib Anası infakt keçirincə Coşua ona öyrədilən kimi telefon nömrələrini yığaraq "Anam oyanmır" deyib İngiltərədə iki yaşlı uşaq anası infakt keçirincə ona öyrədilən kimi təcili yardım telefonunu yığıb. Coşua adlı uşaq bununla anasının həyatını qurtarıb. Anası infakt keçirib, huşunu itirincə Coşua təcili yardımın nömrəsini yığaraq "Anam oyanmır" deyib. Təcili yardım əməkdaşları telefon nömrəsindən həmn evin ünvanını götürüblər. Onlara qapını qutunun üstünə çıxıb açarı çevirən Coshua açıb. Və 30 yaşlı ana xəstəxanaya çatdırılıb. Ana özünə gəldikdən sonra "Oğlumla qürur duyuram" deyib. Xanım Broker yeddi yaşlı qızının da kiçik olduğu zaman onun həyatını qurtardığını söyləyib. Həkim isə bildirib ki, uşağın səsini duyunca kiçik olduğunu hiss edib, amma 2 yaşlı olduğunu güman etməyib. /ANS PRESS/ |