İki yaşlı ingilis uşağı təcili
yardım çağıraraq anasını xilas edib
Anası infakt keçirincə Coşua
ona öyrədilən kimi telefon nömrələrini yığaraq "Anam oyanmır" deyib
İngiltərədə iki yaşlı uşaq
anası infakt keçirincə ona öyrədilən kimi təcili yardım telefonunu yığıb. Coşua
adlı uşaq bununla anasının həyatını qurtarıb. Anası infakt keçirib, huşunu
itirincə Coşua təcili yardımın nömrəsini yığaraq "Anam oyanmır" deyib. Təcili
yardım əməkdaşları telefon nömrəsindən həmn evin ünvanını götürüblər. Onlara
qapını qutunun üstünə çıxıb açarı çevirən Coshua açıb. Və 30 yaşlı ana
xəstəxanaya çatdırılıb.
Ana özünə gəldikdən sonra "Oğlumla
qürur duyuram" deyib. Xanım Broker yeddi yaşlı qızının da kiçik olduğu zaman
onun həyatını qurtardığını söyləyib. Həkim isə bildirib ki, uşağın səsini
duyunca kiçik olduğunu hiss edib, amma 2 yaşlı olduğunu güman etməyib. /ANS
PRESS/