Dünyada ilk dəfə olaraq üzün tam köçürülməsi həyata keçirilib
6
yaşından üzü tanınmaz hala gələn 30 yaşlı Coler əməliyyatdan sonra ilk dəfə
olaraq özünü normal insan kiim hiss etdiyini söyləyib
Sifətindəki şişlərin çoxluğu nəticəsində üzü tanınmaz hala düşən 30 yaşlı
fransız xəstəyə - fil adama dünyada ilk dəfə olaraq tam üz köçürülməsi həyata
keçirilib. Ona bir ölünün üzü bağışlanıb.
Xərçəng xəstəsi olan Rascal Coler bu əməliyyata qədər rahat şəkildə yemək yeyə,
hətta danışa bilmirdi və daim ətrafdakıların qorxu dolu baxışlarına məruz
qalırdı. 6 yaşından üzü tanınmaz hala gələn Coler əməliyyatdan sonra ilk dəfə
olaraq özünü normal insan kiim hiss etdiyini söyləyib. O, yeni üzü sayəsində
özünə sevgili taparaq evlənməyi və uşaq sahibi olmağı da düşünür. /ANS PRESS/