İslam dinini təhqir edən film nümayiş
edilməyəcək
Filmin nümayiş ediləcəyi internet saytının fəaliyyəti
dayandırılıb
Hollandiyada irqçi millət vəkili Qirt Vildersin İslam dinini təhqir edən 15
dəqiqəlik “Fitnə” filminin nümayiş ediləcəyi internet saytın fəaliyyəti
dayandırılıb. Saytı şəbəkə ilə təmin edən amerikalı provayder film barədə çoxlu
şikayətlər gəldiyini və bu şikayətləri nəzərə alaraq saytın fəaliyyətini
dayandırdıqlarını bildirib.
Xatırladaq ki, Vilders "Fitnə" filmini
nümayiş etmək üçün Hollandiyadakı telekanallarla danışıqlar aparmasına
baxmayaraq, razılıq əldə edə bilməməişdi. Bundan sonra isə, millət vəkili
sənədli filmi internet vasitəsilə yayınlamağa qərar vermişdi. /ANSPRESS/