DataLife Engine > Xeberler - Новости > İslamı tənqid edən film nümayiş etdirilə bilər

İslamı tənqid edən film nümayiş etdirilə bilər


24 марта 2008. Разместил: Ismail

İslamı tənqid edən film nümayiş etdirilə bilər

Amstrerdamda mindən artıq insan İslamı tənqid edən sənədli filmin nümayişinə etiraz edərək aksiya keçirib. Siyasətçi və rejissor Gelt Vildersin çəkdiyi film «Fitnə» adlanır. Filmin internetə martın sonlarında çıxarılması gözlənilir. Politoloqlar bu filmin nümayişi ilə yeni aksiya dalğalarının başlayacağını istisna etmirlər.

Qeyd edək ki, «Fitnə» filmi Quranı faşizmi təbliğ edən mətn kimi göstərir. Niderland hökuməti İslam dünyasında növbəti etirazlardan ehtiyatlanaraq rejissoru filmi ekranlarda nümayiş etdirməməyə çağırıb. Vilders isə hökuməti qorxaqlıqda ittiham edərək telekanallarla bu filmin nümayiş etdirilməsi ilə bağlı danışıqlara başlayıb.

Hazırda Vilders polisin ciddi nəzarəti altındadır. Xatırladaq ki, 2004-cü ildə İslam haqqında tənqidi film çəkən holland kino rejissoru Teo van Qoq qətlə yetirilib. /ANS PRESS/