İslamı
tənqid edən film nümayiş etdirilə bilər
Amstrerdamda mindən artıq insan İslamı tənqid edən sənədli filmin nümayişinə
etiraz edərək aksiya keçirib. Siyasətçi və rejissor Gelt Vildersin çəkdiyi film
«Fitnə» adlanır. Filmin internetə martın sonlarında çıxarılması gözlənilir.
Politoloqlar bu filmin nümayişi ilə yeni aksiya dalğalarının başlayacağını
istisna etmirlər.
Qeyd
edək ki, «Fitnə» filmi Quranı faşizmi təbliğ edən mətn kimi göstərir. Niderland
hökuməti İslam dünyasında növbəti etirazlardan ehtiyatlanaraq rejissoru filmi
ekranlarda nümayiş etdirməməyə çağırıb. Vilders isə hökuməti qorxaqlıqda ittiham
edərək telekanallarla bu filmin nümayiş etdirilməsi ilə bağlı danışıqlara
başlayıb.
Hazırda Vilders polisin ciddi nəzarəti altındadır. Xatırladaq ki, 2004-cü ildə
İslam haqqında tənqidi film çəkən holland kino rejissoru Teo van Qoq qətlə
yetirilib. /ANS PRESS/