Məhkəmə ayını oğurluğa görə cərimə edib
Makedoniyanın Bitol Şəhər Məhkəməsi arı pətəklərini dağıtdığına görə ayını 140
min dinar (təxminən 3, 5 min dollar) həcmində cərimələyib.
Ayıya
qarşı iddianı pətəklərin sahibi irəli sürüb. Cavabdeh tərəf məhkəmədə iştirak
etməyib. Belə ki, heyvanın sahibini müəyyən etmək mümkün olmayıb. Çünki ayı
Makedoniya hökuməti tərəfindən xüsusi mühafizə olunan heyvanlar sırasına
daxildir. Buna görə də cəriməni dövlət ödəməli olacaq. /zaman.az/