6 min funtluq “uçan üzük”
Londondan olan Lefkos Hacci öz nişanlısına hədiyyə edəcəyi bahalı üzüyü qəribə
şəkildə itirib. Hacci dostundan 6 min funt sterlinq dəyəri olan üzüyü heliumla
doldurulmuş gümüşü hava şarında gizlətməyi xahiş edib. Görüşə gələn bəy şarı
partladıb üzuyü nişanlısına təntənəli şəkildə təqdim etməyi planlaşdırıb. Ancaq
külək şarı onun əlindən uçurub. Hacci deyir ki, şarı maşınla 2 saat təqib edib.
Sonra isə təslim olmağa məcbur olub. Onun dediyinə görə, nişanlısı olanları
eşidəndə çox qəzəblənib və yeni üzük alınmayana qədər onunla danışmayacağını
bildirib. /zaman.az/