Hollandiyada məscid yandırılıb
Hollandiyanın Hilversum şəhəri yaxınlarında olan məscid, naməlum şəxslərin
hücumuna məruz qalıb
Hollandiyanın mətbuat şəhəri olan Hilversum yaxınlarındakı Huizen qəsəbəsində
olan Səlimiyə Məscidində yanğın baş verib. Naməlum şəxslərin hücumu nəticəsində
başlayan yanğın, məscidin anbar olaraq istifadə edilən hissəsinin tamamilə
yanmasına səbəb olub. 100-ə yaxın türk ailənin yaşadığı ərazidə, axşam
radələrində baş vermiş hadisəyə, təxminən 500 metrlik bir məsafədə manevr edən
xilasetmə qrupları müdaxilə edib. Yanğında insan itkisi olmasa da, məscidin
anbarında, Türkiyəyə göndərilmək üçün alınmış 15 əlil arabası tamamilə yanıb.
Səlimiyə məscidi dərnəyinin sədri belə hücumların onları qorxuda bilməyəcəyini
və bundan sonra keçiriləcək tədbirdə 15 yox 100 əlil arabası alacaq yardımı
toplaya biləcəklərini deyib. /ANSPRESS/