Novruz bayramınız mübarək!
Gecə ilə gündüzün bərabərləşdiyi an geridə qaldı. Şamaxı Astrofizik
Rəsədxanasından ANSPRESS-ə verilən məlumata görə, Bahar bu gün saat 09.48-də
daxil olub: «Martın 20-də səhər saat 9.48-də Günəş ekvatoru kəsib və elə bundan
etibarən astronomik yazın başlanğıcı sayılır».