DataLife Engine > Xeberler - Íîâîñòè > Google-yə qarşı yeni axtarış sistemi layihəsi

Google-yə qarşı yeni axtarış sistemi layihəsi


19 ìàðòà 2008. Ðàçìåñòèë: Ismail

AB ölkələri Google-yə qarşı yeni axtarış sistemi layihəsi hazırlayır 

Layihəni isə başda “Thomson” olmaqla Fransa və Almaniyaya aid 23 proqramçı şirkət həyata keçirir

    Google-nin inkişafından narahat olan Avropa yeni axtarış sisteminin layihəsini hazırlayır. Yeni sistemin adı Latın dilində “axtarıram” mənasında olan “Quaero”dur. Bu layihəni Fransa dəstəkləyir. Fransa hökuməti hətta 5 illik dövlət büdcəsindən bu layihə üçün 152 milyon dollar pul ayırıb. Layihənin hazırlanması 2005-ci ildə başlasa da indiyə qədər gizli saxlanılıb. Layihəni isə başda “Thomson” olmaqla Fransa və Almaniyaya aid 23 proqramçı şirkət həyata keçirir.

    Avropa komissiyası isə, “Quaero bütün Avropa ictimaiyyəti üçün müsbət bir layihədir” – sözləri ilə göstərib ki, bütün AB ölkəkləri bu layihəni dəstəkləyir. İndilik hazırlıq mərhələsində olan Quaero gələcəkdə Google-nin güclü rəqibi olabilər. /ANS PRESS/