AB
ölkələri Google-yə qarşı yeni axtarış sistemi layihəsi hazırlayır
Layihəni isə başda “Thomson” olmaqla Fransa və Almaniyaya aid 23 proqramçı
şirkət həyata keçirir
Google-nin inkişafından narahat olan Avropa yeni axtarış sisteminin layihəsini
hazırlayır. Yeni sistemin adı Latın dilində “axtarıram” mənasında olan
“Quaero”dur. Bu layihəni Fransa dəstəkləyir. Fransa hökuməti hətta 5 illik
dövlət büdcəsindən bu layihə üçün 152 milyon dollar pul ayırıb. Layihənin
hazırlanması 2005-ci ildə başlasa da indiyə qədər gizli saxlanılıb. Layihəni isə
başda “Thomson” olmaqla Fransa və Almaniyaya aid 23 proqramçı şirkət həyata
keçirir.
Avropa komissiyası isə, “Quaero bütün Avropa ictimaiyyəti üçün müsbət bir
layihədir” – sözləri ilə göstərib ki, bütün AB ölkəkləri bu layihəni dəstəkləyir.
İndilik hazırlıq mərhələsində olan Quaero gələcəkdə Google-nin güclü rəqibi
olabilər. /ANS PRESS/