DataLife Engine > Muxtelif - Разное > Dişlə göz müalicəsi

Dişlə göz müalicəsi


16 марта 2008. Разместил: Ismail

Dişlə göz müalicəsi

Avropalı həkimlər tibb sahəsində daha bir yeniliyə imza atıblar. Belə ki, bu sahənin mütəxəssisləri 2 il əvvəl partlayış nəticəsində kor olmuş İrlandiya sakininin gözlərini zərərçəkənin oğlunun dişindən istifadə etməklə açıblar. 57 yaşlı Bob Maknikel 2005-ci ilin noyabrında işlədiyi fabrikdə közərmiş alüminium partlaması nəticəsində kor olmuşdu. İlkin yoxlamalar onun ömür boyu kor qalacağını göstərirdi. İrlandiyalı həkimlərin ona kömək edə bilməyəcəyini öyrənən Maknikel Braytonda yerləşən (İngiltərə) Susseks oftolmoloji klinikasına müraciət edir. Onu bu addımı atmağa klinikanın həkimi Lui Kristoferin həyata keçirdiyi uğurlu əməliyyatlar həvəsləndirir. əməliyyatda Maknikelin 23 yaşlı oğlu Robert də iştirak edib. O, atasına kökü ilə birlikdə öz dişini verib. Dişin bir hissəsi zərərçəkənin sağ göz çuxurunun içinə qoyulub və dişin tərkibinə büllur hissə yerləşdirilib. Birinci əməliyyat 9, ikincisi isə 5 saat çəkib. Görmə ehtimalı 65 faiz bərpa edilən Maknikelin dediyinə görə, o, indi televizora baxa və hətta qaranlıqda hərəkət edə bilir. /zaman.az/