
UEFA
Çempionlar Liqasında 1/4 mərhələsinin püşkü atılıb
İsverçərinin Nyon şəhərində keçirilmiş mərasimdə yarımfinala vəsiqə uğrunda
mübarizə aparacaq komandalar məlum olunub
Ayın 14-də UEFA çempionlar liqasında 1/4 mərhələsinin püşkü atılıb. İsverçərinin
Nyon şəhərində keçirilmiş mərasimdə Çempionlar Liqasının püşkünün müqəddəratını
əfsanəvi qapıçı Renat Dassayev həll edib. O, səbətdən ilk olaraq «Arsenal» və «Liverpul»
komandalarının adını çıxarıb.
İngiltərənin digər təmsilçisi «Mançester Yunayted» isə «Roma» ilə cari mövsümdə
3-cü dəfə üz-üzə gələcək. 3-cü cütlüyü isə Almaniyanın «Şalke» və İspaniyanın «Barselona»
komandaları təşkil edib. Sonda Türkiyə çempionu «Fənərbaxça»nın 1/4 finalda «Çelsi»
ilə qarşılaşacağı dəqiqləşib.
Aprelin 1-də və 2-də keçiriləcək ilk 1/4 final görüşlərində, «Arsenal», «Roma»,
«Şalke» və «Fənərbaxça» meydan sahibi olacaq. «Arsenal» «Liverpul» oyununun
qalibi yarımfinalda «Fənərbaxça» ilə «Çelsi»nin qarşıdurmasında üstün olacaq
tərəflə görüşəcək. «Şalke» ilə «Barsa»nın oyunundan yarımfinala adlayacaq klub
isə ya «Roma» ilə, ya da «Mançester Yunayted»lə qarşılaşacaq. /ANS PRESS/