DataLife Engine > Avtos ve avtomobiller > Azərbaycanda beynəlxalq avtomobil sərgisi açılıb
Azərbaycanda beynəlxalq avtomobil sərgisi açılıb13 марта 2008. Разместил: Ismail |
![]() Azərbaycanda beynəlxalq avtomobil sərgisi açılıb Sərgidə 27 ölkədə istehsal olunan avtomobillər nümayiş olunur Bu gün Bakıda beynəlxalq avtomobil sərgisi açılıb. Sərgidə Azərbaycanda yığılan avtomobillərlə yanaşı, 27 ölkədən 125 şirkət iştirak edir. Sərgi təşkilatçılarının sözlərinə görə, əvvəlki illərələ müqayisədə sərginin sahəsi 15 % genişlənib. Qeyd edək ki, sərgidə alıcılara avtomobillərdən başqa, avtomobil xidmətləri, mühərrik yağları təklif edilir. Bu dəfəki sərgiyə qiyməti 10 min manatdan 200 min manata qədər avtomobillər çıxarılıb. Avtomobil biznesi ilə məşğul olanlar deyir ki, son illər Azərbaycanda bahalı maşınlara tələbat artıb. Belə maşınları imkanlı adamlar alır. Amma Azərbaycana gətirilən maşınların yarısı köhnə avtomobillərdir. Nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, ötən il Azərbaycana 83 min avtomobil gətirilib. Dövlət yol polisi idarəsi bu maşınların yarısının əvvəlki illərdə buraxıldığını bildirir. Qeyd edək ki, Azərbaycanda əhalinin 7 faizinin avtomobili var. Bu göstərici 10 ildə 2 dəfə artıb. /ANS PRESS/ |