Kompüter uşaqlarda qozbelliyə səbəb olur
Vaxtının çoxunu televizor və kompüter qarşısında keçirən uşaqlarda bel və
onurğa problemləri daha çox olur
Kompüterdən mütəmadi olaraq istifadə etmək uşaqlarda ciddi bel problemlərinə
səbəb olur. Almaniyanın “Saarland Universiteti”nin keçirdiyi araşdırmaya görə,
vaxtının çoxunu televizor və kompüter qarşısında keçirən uşaqlarda bel və onurğa
problemləri daha çox olur. 6-17 yaş arası min 600 uşaq arasında keçirilən
araşdırma nəticəsində məlum olub ki, uşaqların 40 faizi dik otura bilmir. Bir
həftə davam edən araşdırmada uşaqların bütün diqqəti ilə televizora və kompüterə
istiqamətlənərək oturmalarına fikir vermədikləri meydana çıxıb. Araşdırmanı
keçirən mütəxəssislər valideynləri bu təhlükəyə qarşı diqqətli olmağa çağırıb.
/ANS PRESS/