Azərbaycanda beynəlxalq avtomobil sərgisi açılıb
Sərgidə 27 ölkədə istehsal olunan avtomobillər nümayiş olunur
Bu
gün Bakıda beynəlxalq avtomobil sərgisi açılıb. Sərgidə Azərbaycanda yığılan
avtomobillərlə yanaşı, 27 ölkədən 125 şirkət iştirak edir. Sərgi
təşkilatçılarının sözlərinə görə, əvvəlki illərələ müqayisədə sərginin sahəsi 15
% genişlənib. Qeyd edək ki, sərgidə alıcılara avtomobillərdən başqa, avtomobil
xidmətləri, mühərrik yağları təklif edilir. Bu dəfəki sərgiyə qiyməti 10 min
manatdan 200 min manata qədər avtomobillər çıxarılıb.
Avtomobil biznesi ilə məşğul olanlar deyir ki, son illər Azərbaycanda bahalı
maşınlara tələbat artıb. Belə maşınları imkanlı adamlar alır. Amma Azərbaycana
gətirilən maşınların yarısı köhnə avtomobillərdir. Nəqliyyat naziri Ziya
Məmmədov bildirib ki, ötən il Azərbaycana 83 min avtomobil gətirilib. Dövlət yol
polisi idarəsi bu maşınların yarısının əvvəlki illərdə buraxıldığını bildirir.
Qeyd edək ki, Azərbaycanda əhalinin 7 faizinin avtomobili var. Bu göstərici 10
ildə 2 dəfə artıb. /ANS PRESS/