Dünyanın
qəribə ölümləri
-
1911-ci ildə Parisdə şəhərin tanınmış dərzilərindən olan Frans Rişel xüsusi
funksiyalı yeni geyim hazırladığını açıqlayır. Rişel geniş bir palto tikərək
onun paraşüt kimi istifadəsinin mümkünlüyünü bəyan edir. Bunu isbat etmək üçün
palto ilə Eyfel qülləsindən tullanan dərziyə səhvi canı bahasına başa gəlir.
- Dünyanın ən uzun saqqallı adamı kimi tanınan avstraliyalı Hans Steyninger
həvəslə uzatdığı saqqalının bir gün onun ölümünə səbəb olacağını ağlına belə
gətirməzdi. Gəzinti vaxtı 1 metr 40 santimetrlik saqqalı ayağı altında qalan
Steyninger boynunu sındırır və qısa müddətdən sonra o, həyatla vidalaşır.
- Amerikalı komediya aktyoru Dik Şavn gülüş dolu şousunda həmişəki kimi
məsləkdaşlarını tənqid atəşinə tutmuşdu. Sonra Şavn sözünü bitirərək səhnəyə
uzandı. Bunu növbəti gülüş nömrəsi kimi dəyərləndirən tamaşaçılar aktyoru uzun
müddət alqışladılar. 10 dəqiqə keçməsinə baxmayaraq, Şavnın yerdən qalxmadığını
görən təhlükəsizlik xidməti ona yaxınlaşdı və aktyorun öldüyünü müəyyənləşdirdi.
- İsveç kralı Adolf Frederik şirniyyata olan həvəsi ilə tanınırdı. “Ölümüm döyüş
meydanında deyil, yemək masasında olsun” sözləri ilə məşhur olan İsveç kralı 61
yaşında arzusuna çatdı. 1771-ci ildə həzm probleminə baxmayaraq, kürü, kök
şorbası, balıq, krevetli kökə və 14 pay şirniyyatı mədəsinə ötürən kral cəmi 5
dəqiqə sonra süfrənin kənarında dünyasını dəyişdi.
/zaman.az/