Bakıya cəmi 20 kiçik məscid xidmət edir » Islam Ислам :: Xeberler Новости :: Video Видео :: Futbol :: Zarafatlar Шутки :: Resmler Картинки :: Oyunlar Игры :: Intellektual Интеллектуальный :: Sevgi :: Avtos və avtomobillər :: SMS :: Proqramlar Программы :: Flash :: Derslikler Учебники :: Muxtelif Разное

 

Menyu
Mahnılar
Samanyolu TV (birbaşa izlə)
Radio
Axtarış / Поиск:
Kalendar
Reklam

 

 

 

                       
Muxtelif - Разное / Bakıya cəmi 20 kiçik məscid xidmət edir

2 milyonluq Bakıya cəmi 20 kiçik məscid xidmət edir

"Avropanın bəzi xristian şəhərlərində- London, Münhen, Hamburq, lap elə ABŞ-ın San-Fransisko şəhərində məscid sayı Bakıdan çoxdur"

Dostları adanalı Mahmudu mömin müsəlman kimi tanıyırdılar. Amma o, mənşəyinə görə İslamdan xeyli uzaq, məscidə getməyə tövbə demişlərin təriqəti olan nüseyriliyin təmsilçisi idi.

İslamla yaxından ilk tanışlığı 1997-cı ildə Güney Azərbaycanda, daha dəqiqi, Təbrizdə olmuşdu və orada şiəliyi qəbul etmişdi. O vaxtdan Mahmud namazını məsciddə qılmağa çalışırdı, bir dəfə də olsun Cümə namazını keçirmirdi.

Pakistanda təhsil alan, alver üçün tez-tez Hindistana yollanan bu gəncin ilk işi getdiyi şəhərdə qaldığı yerə yaxın məscid tapmaq idi.

1998-ci ildə Mahmud Bakıya da gəlmişdi, 8-ci mikrorayon tərəfdə qalırdı. Yaşadığı ərazidə bir dənə məscid olmadığından şikayət edirdi: «300 minə yaxın müsəlmanın yaşadığı bu məhəllədə bir dəfə də «Allahu- Əkbər» səsi eşitmədim, Cümə namazı üçün şəhərin mərkəzinə getməli oluram», - deyirdi.

Mahmudun Bakıya həmin səfərindən on ilə yaxın vaxt keçməsinə baxmayaraq, şəhərin məscid sayında heç bir artım olmayıb. Şəhərdəki məscidlərin isə getdikcə artan dindarların ehtiyacını ödəyə bilmədiyi özünü getdikcə daha qabarıq biruzə verir.

Şəhərin 2,2 milyona yaxın insan yaşayan mərkəz plato hissəsində 20-yə yaxın məscid var. Və bu məscidlərin 13-ü Bakının, əsasən, 1920-ci ilə qədər salınmış tarixi qərb hissəsində, bir-birinə yaxın şəkildə yerləşir. Yerdə qalan 6 məscidin də əsas hissəsi plato ərazisində yerləşən Bakı kəndlərində 1920-ci ilə qədər tikilib. Sovet İttifaqı dağıldıqdan sonra, ilk bir neçə ildə tikilmiş 4-5 yeni məscid də şəhərin 1920-ci ilə qədər salınmış ərazilərindədir. Yalnız Bakıxanov qəsəbəsində və dəmir yolu vağzalının arxa tərəfində tikilmiş məscidlər istisnadır. Onlar keçmişdə əsasən xristianların yaşadığı məhəllələrdə tikilib.

Bu durum Azərbaycanı müsəlman ölkəsi, Bakını isə müsəlman şəhəri sayan xarici qonaqları ilk baxışda heyrətə salır. Çox vaxt onlar bu heyrətlərini gizlətmirlər, bəzən hətta media vasitəsilə bəyan edirlər. Türkiyənin «Yeni Şafak» qəzetinin yazarı, ilahiyyatçı Mustafa İslamoğlu 2007-ci ilin oktyabr ayında Bakıya etdiyi səfərinə həsr etdiyi məqaləsini «Biz Azərbaycana səfərimiz boyu bu iki duyğunu bir arada yaşadıq, bəzən sevinc üstün gəldi, bəzən də hüzn». Daha sonra yazar onda yaranan hüznün səbəblərini açıqlayır: «Təyyarəmiz ölkə əhalisinin yarısının yaşadığı, 4 milyon sakini olan Bakı şəhərinin üzərində hərlənərkən gözlərim minarə axtarırdı, amma tapa bilmirdi. Təyyarədən enəndə öyrəndim ki, ölkə əhalisinin yarısının yaşadığı şəhərdə minarəli məscid sayı əlin barmaqlarını keçmir».

«Mənəvi saflığa dəvət» İctimai Birliyinin rəhbəri, fəlsəfə elmləri namizədi Elşən Mustafaoğlu şəhərimizin qonağının heyrətinin səbəblərini anladığını söyləyir: «Avropanın bəzi xristian şəhərlərində - Londonda, Münhendə, Hamburqda, lap elə ABŞ-ın San-Fransisko şəhərində məscid sayı Bakıdan çoxdur. Bakını başqa müsəlman ölkələrinin iri şəhərləri ilə müqayisə etmək belə mümkün deyil, avropalılar İstanbuldan danışanda hər şeydən qabaq məsciddən bəhs edirlər.
500 il qabağın 5-6 min əhalisi olan Bakısında da məscid sayı indiki 4 milyonluq Bakıdan çox olub. Onda təkcə qala divarlarının içində, yəni indiki İçərişəhərdə 20-dən çox məscid varmış».

«Mənəvi saflığa dəvət»in rəhbərinin fikirlərini İstanbulu ziyarətə gələn avropalı turistlərin dedikləri də təsdiqləyir. Şəhərin özəlliklərindən danışan turistlər gecənin səssizliyini sabah azanının şərqdən-qərbə doğru hərəkət edən dalğasının pozmasından ayrıca bəhs edirlər. Şəhər boyunca şərqdən-qərbə yerləşən məscidlər azanı yerləşmələrinə uyğun olaraq, bir neçə saniyə fərq ilə verirlər və bu da şərqdən-qərbə doğru irəliləyən səs dalğası effekti yaradır.

Bakının mərkəz hissəsinin sovet illərində tikilmiş zonalarında - mikrorayonlarda, 8-ci km, Nərimanov və Musabəyov, Əhmədli və Günəşli qəsəbələrində bir dənə də olsun məscid yoxdur. Bu yaşayış massivlərində yaşayan dindarlar cümə və bayram namazlarını qılmaq üçün şəhərin məscid olan məhəllələrinə getməli olurlar. Ona görə də şəhərin bəzi məscidlərində cümə və bayram günləri çox sıxlıq olur. Məsələn, Türkiyə Dəyanət Vəqfi tərəfindən tikilmiş Şəhidlər məscidində cümə günləri çox sıxlıq olur. Dindarlar məscidin nəinki içində, hətta həyətindəki ağacların altında belə namaz qılmaq üçün yer tapmaqda çətinlik çəkirlər. Eyni mənzərə cümə günləri şəhərin «Kubinka» məhəlləsində yerləşən Məşədi Dadaş məscidində də müşahidə edilir. Dindarların bəziləri isə elə uzaq məsafələrə getməyə vaxt və imkan tapmırlar, namazlarını evlərində, iş yerlərində qılmaqla kifayətlənirlər.

Son illərdə Bakıda, demək olar ki, bir dənə də olsun yeni məscid tikilməyib. Bu məsələ bir növ «toyuq tez yaranıb, yoxsa yumurta» dilemmasına çevrilib. Hansısa ərazidə camaat məscid tikdirmək istəyəndə Bakı Şəhər İcra Hakimiyyəti mütləq sakinlərin dini icma kimi birləşərək, Dini İşlər Üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməsini tələb edir. Dini İşlər Üzrə Dövlət Komitəsində isə hazır məscidi olmayan dindarlar qrupunu dini icma kimi qeydiyyatdan keçirmirlər. Komitə sədri Hidayət Orucov hansısa dindara məxsus mənzili ünvan göstərməklə dini icma kimi formalaşmağı düzgün saymır: «Yaxşı, mənzilində dindarlar icmasına ibadət etməyə imkan verən bu insan sabah dünyasını dəyişdi, onun oğlu isə mənzili satdı. O zaman həmin mənzildə ibadət edən dindarlar qrupunun axırı nə olacaq? Biz əvvəldən bilə-bilə camaat üçün bu cür problemlərin yaradılmasına imkan verə bilmərik». Bu, dövlət qurumunun başçısının məsələyə sırf siyasi bəyanatıdır.

Amma bu işin başqa tərəfi isə əhalinin bu cür təşkilatlanmalara ehtiyatla yanaşmalarıdır. Camaat əksər halda səmimi-qəlbdən evini, həyətini dindarların üzünə açmış bu insanları qəbul edə bilmir. Bu cür insanlardan biri 7-8 il qabaq Bakının Badamdar qəsəbəsinin hərbi şəhərcik məhəlləsindəki həyətini yarı bölərək məscidə çevirmişdi. Lakin həmin həyət heç cür məhəllə məscidinə çevrilə bilmədi. Orada yalnız Ramazan və Qurban bayramlarında müəyyən qədər canlanma olurdu. Məhəllə camaatı vaxtilə Rusiyada yaşamış və peşəcə sürücü olmuş, sonradan ailəsinin həyatını islam normalarına salmış bu adamın istəyinə anlayış göstərmədi.

Nəticədə bir-iki il qabaq o, həyətindəki məscidi bağlamağa məcbur oldu və hazırda namazını Şəhidlər məscidində qılır, hər sabah maşınına minərək ibadət üçün 7-8 kilometr yol qət edir.

Böyük ehtimalla Badamdarda fəaliyyət göstərən daha iki kiçik dini icmanı da eyni tale gözləyir. Bunun biri hərbi hissəsinin divarlarına bitişik şəkildə bir neçə il əvvəl «budka» kimi tikilmiş, sonra isə genişləndirilərək ikimərtəbəli tikili halına salınmış obyektin birinci mərtəbəsində yerləşir. Əvvəllər ora super-market, daha sonra isə yeməkxana kimi fəaliyyət göstərirdi.

Rəsmi qeydiyyatı olsa da, ətrafdakı dükanlarda bazarlıq edən Badamdar sakinlərinin əksəriyyətinin bu kiçik sahənin məscid olduğundan xəbəri yoxdur. Bunu yalnız Ramazan və Qurban bayramlarında obyektdən səsləndirilən azan səsi ilə anlamaq olur. İlk dəfə bu faktla qarşılaşanlar obyektin qeyri-ənənəvi görkəminə işarə edərək, «Belə də məscid olar?» deyə sual verirlər.

Badamdarın ikinci bir dini icması da həmin obyektin yaxınlığında - qəsəbənin vaxtilə olmuş və indi bağlanmış kitab mağazasında yerləşir. Onun da normal məscid kimi fəaliyyət göstərdiyini demək olmaz. Çox vaxt qapısı bağlı olur, hərdənbir on-on beş adam gələrək orda namaz qılır. Bu, adətən, cümə və bayram günləri olur.

Camaatın dedyinə görə, üçmərtəbəli binanın birinci mərtəbəsində yerləşən kitab dükanını kimsə özəlləşdiribmiş, sonradan işlədə bilməyib. Həmin sahib dünyasını dəyişəndən sonra oğlu obyekti məscidə çevirməyi qərara alıb.

Qonşu binaların sakinləri bu iki dini icmanın yerləşdiyi obyektlərin heç birini məhəllə məscidi saymırlar. «Müqəddəs kitabda yazılıb ki, bünövrəsi təmiz qoyulmuş məscidlərdə namaz qılın. İndi biz nə bilək ki, bu obyektlər tikiləndə, özəlləşdiriləndə nə baş verib, üstündə kimin nəfəsi var? Görmüşük ki, məscidə dövlət yer ayırar, icmanın və dindar adamların halal qazancı ilə də məscid tikilər», - deyə məhəllə ağsaqqallarından biri bildirir. Onun yanında oturan 30-32 yaşlı oğlan isə söhbətə qüvvət verir: «Düz deyir, dindarları o cür yerlərə getməyə Allah qoymur. Gəncə ətrafında çaxır alverçiləri vardı, Rusiyaya ildə beş-altı vaqon çaxır vururdular, kalan qazanırdılar. Sonra beyinlərinə düşdü ki, dədələrinin adına məscid tiksinlər. Əməlli-başlı mərasim keçirdilər, axund çağırdılar, təməl atdılar, 3-4 metr hündürlüyündə divar da hördülər. Amma məscidi tikib başa çatdıra bilmədilər, Allah qoymadı. Rusiyada başlarına iş gəldi, bütün var-dövlətləri getdi, məscidin divarları da elə yar-yarımçıq qaldı».

Bəzən olur ki, məhəllə sakinləri özləri məscidin fəaliyyətinin əleyhinə çıxırlar. Belə bir əhvalat 2005-ci ildə Təzəpir məscidinin ətrafında baş vermişdi. Onda məhəllə sakinləri şəhər icra hakimiyyətinə müraciət edərək, sabah azanının onların rahatlığını pozmasından şikayət etmişdilər.

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəsmisi Axund Həmdulla onda əhali ilə geniş söhbətlər apardıqlarını, azanın səsini xeyli qısdıqlarını bildirir. Bu baxımdan o, şəhərdə olan 20-yə yaxın məscidin dindarlar üçün yetərli olduğunu düşünür. Onun fikrincə, məscidlər yalnız dindarlar üçün yox, özünü müsəlman sayan bütün insanlar üçün gündəlik vacib olan məsələdir. «İnsanların zaman-zaman məscidə getmək ehtiyacı yaranır. Həm də məscidlər böyüyən gəncliyi düzgün tərbiyə etmək, onlara namaz qılmaq öyrətmək, Qurani-Kərimi anlatmaq üçün vacibdir. İndi buna ehtiyacı olan insanlar üzlərini hara tutacaqlarını bilmirlər».

Elşən Mustafaoğlunun fikrincə, Bakıda mövcud olan məscidlərin çoxu bu meyarlara cavab vermir: «Qərb ölkələrində kilsələr bu baxımdan xeyli irəlidədir. ABŞ-da olarkən bizi Dallasda bir kilsəyə aparmışdılar. Möhtəşəm ibadət yeri ilə yanaşı, tədris mərkəzi və gözəl kitabxanası var idi. Düşündüm ki, xristianlıqla bağlı olduğundan belədir. Amma bizi Dallasdakı məscidə aparanda fikirlərimdə yanıldığımı anladım. Sadəcə olaraq, orda dinə yanaşma belə imiş. Dallasdakı məscidin də gözəl kitabxanası və tədris mərkəzi var idi. Lakin bizim məscidlərdə maarifçiliyə, demək olar ki, rast gəlinmir. Nə kitabxanası olur, nə tədris mərkəzi…».

Axund Həmdulla da Bakıdakı məscidlərin hamısının bu ehtiyacları tam ödəmədiyini deyir: «İndi dövr dəyişib, məscidə gələn insan orada mömin olmaqla yanaşı yetərincə savadlı və dini çox yaxşı bilən insanların söhbətlərini eşitmək istəyir. Son iki ildə Hacı Əjdərbəy məscidində dindarların sayı iki dəfə artıb. Çünki bizdə cümə söhbətlərini çox ziyalı axundlarımız aparır». O, buna nail olmuş axundlardan biri kimi Hacı İlhamı göstərir. Onun dediyinə görə, Hacı İlhamın cümə xütbəsinin hesabına Buzovnadakı «Əli ayağı» məscidinə gələn dindarların sayı da son iki ildə 60 faizə qədər artıb. Axund Həmdulla Bakıda fəaliyyət göstərən ənənəvi məscidlərin heç də hamısında durumun belə olmadığını bildirir.

Ölkəyə kənardan gəlmiş və xarici ölkələrin maliyyəsi hesabına tikilmiş məscidlərdə isə durum fərqlidir. Azərbaycan üçün ənənəvi olmayan cərəyanlara xidmət edən bu məscidlərdən insanları, xüsusən gəncləri ibadətə çəkmək üçün ən çağdaş vasitələrdən istifadə edilir. Bu isə əhalisinin 80 faizi imami məzhəbinin daşıycısı olan bu ölkədə gənclərin qeyri-ənənəvi məzhəblərə üz tutmasına səbəb olur. Nəticədə, ölkədə yüz illərlə formalaşmış mötədil balans pozulur. Azərbaycanın gələcəyinə İraqdakı kimi məzhəb ayrı-seçkiliyi təhlükəsi hazırlanır. Elşən Mustafaoğlunun fikrincə, bu məsələdə ölkəmiz üçün ənənəvi olan dindarlığa hərtərəfli dəstək verilməlidir: «İmkan vermək olmaz ki, vətəndaşlarımız dini-mənəvi tələbatlarını ödəmək üçün özümüzdə imkan tapmayıb, xaricdən gəlmiş emissarların təqdim etdiyi cərəyanlara üz tutsunlar. Bu həm dinimizi, həm də milli təhlükəsizliyimizi təhdid edən faktordur və bu işdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, dini qurumlar və ayrı-ayrılıqda hər bir vətəndaşımız birlik nümayiş etdirməli, dinimizin qayğısına qalmalıdır. Bunu etməyənlər tarix qarşısında məsuliyyət daşıyırlar». /ANS PRESS/
 

İçərişəhər Cümə məscidi /islam-azeri.az/


 
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
#1 написал: GravitoN (20 апреля 2008 17:28)

Deyerli ve uzucu melumatdir...eyni problem men de cox eziyyet cekmisem ... heqiqeten bizim sadece adimiz musalman amma hech muselmanliq numunesi bele yoxdu..
Melumat
Eсли Вы хотите оставить комментарий к данной статье, то Вам необходимо зарегистрироваться на сайте.
Futbol
Reklam
Qaynar Xəbərlər
Dost saytlar
Maraqlı Mövzular
Sayta giriş/Вход на сайт
Loqin
Parol
 
Ən çox oxunan
  • Bir dəstə gül. ...
  • Burada nece nefer var?Diqqetne ...
  • Sevgi
  • Gulmek 100% likdir :)
  • Türkiye mescidleri
  • Mezeli Smsler
  • Mirt Smsler
  • Sevgi
  • Opera
  • Vayyy BU nediya ? :( Kim qurb ...
  • Baxin Oyrenin bu yalniz Azerba ...
  • Qemli sevgi
  • Azrailin guzelligi
  • Namaz
  • Sevgi Teklif
  • Avtosh
  • Ebedi sevgi...
  • Karikatura
  • Necede gozeldirler ele deyilmi ...
  • DUANIN GÜCÜ
  • Sevgi nedir?
  • Avtosh xariciler
  • Metro
  • Melek
  • Sevgili Peyğəmbə ...
  • Diqqet ele diqqetnen bax 12 ne ...
  • Somaliden . Ureyi zeyifler bax ...
  • Morda :))))))))))))))))
  • Mezeli smsler
  • Pishiye bax yamandir
  • Fazil Lənkərani a ...
  • Bu kimdi?Tanimirsan tesadufen? ...
  • Kompyuter arxasinda oturanda b ...
  • Tank cooox maraqli oyundur men ...
  • Mezeli smsler :)
  • Zengim Cell
  • Uşaqlar necede şirin ...
  • Meşhed
  • Karkikaturalar 20 edet
  • 40 Yashindasin.
  • Cox maraqli bir OYUN daha
  • Sevgi resimleri
  • 5 ferqi tapin arada olan ferql ...
  • Allah
  • Allahin inkarci qovumlere verd ...
  • Bir birinden gozel avtomobille ...
  • Dostluq mesajlari
  • Mane olmada
  • Oldurucu mashin(ureyi zeyifler ...
  • Mələklərin seyr ...
  • Ne gundesen ay piyan Bu piyani ...
  • Maraqli sumkalar
  • Ad gunu tebrikleri
  • Ayriliq
  • Wap sayt yaratmaq ucun derslik
  • Adobe Photoshop CS 8.0
  • 116 edet Wap script
  • Pishikler3
  • Resimllere diqqetnen baxin
  • Pishiyi oldur :))) Qorxulu oyu ...
  • Hədislər
  • Böyük tullanı&# ...
  • Futbolkada ne duz deyil deye b ...
  • Qizillari yig
  • Sevgi sms leri
  • Iluisiya resimler bunlar sadec ...
  • Ne gundesen?
  • MIrtilari :)))
  • Aşk ve Işık...
  • Tanninmish simlara tanimalz ha ...
  • Bir anlig Gulush :))
  • Photoshopun istesali :)
  • Artislerin ushaqliq resimler v ...
  • Atlarin uzerine basin her bir ...
  • PORTAĞAL, YOXSA MANDAR ...
  • Namaz
  • Cox Gozel Yeni Doyush oyunu
  • Baxin Hard diskden necede saat ...
  • Merhum Ayetullah Mirza Cavad T ...
  • Xeyellarin mashini
  • Bu BMW ye ne olub bele?
  • FaceGen Modeller 3.1.2
  • Yağmur Yağmayın ...
  • Super Mario World
  • 7 Kutsal Gercek
  • Maraqli resimler.
  • Bayram SMS leri Bayraminiz mub ...
  • Zarafatalar
  • Zarafatlar
  • Sizinde bele maraqli informasi ...
  • Indiana Cones Cox GOZEL bir oy ...
  • Gezel resimler 4
  • Ade besdirde:)))
  • MEZAR SOHBETI.
  • Superman
  • Sizce burda ne duz deyil?:))
  • Maraqli bir oyun daha bu adami ...
  • Sıkı tut ruhunu
  • Super Mario
  • Sevgi smsleri
  • Avtomobil surmeyi oyren
  • Resmler...
  • Xeste xana
  • Bir Super oyun daha Oynamaq co ...
  • Maraqli bir oyun
  • Qapinin zengini basmagi unutma ...
  • Metro kartınıza diqq ...
  • Generator nece duzeltmek olar? ...
  • Avstraliya mescidleri
  • Yeqin bu resimlerden cox gormu ...
  • Bular bu qushu tutmaq isteyirl ...
  • Super Mario 2&3
  • Piroq arzusu
  • Dostluq
  • Resme diqqetnen baxin
  • Qush qripi :)Oyna qorun
  • Bagishla
  • Kompyuter
  • Ralli Oyunu
  • Meqsed otagdan cixmaq
  • Sizce bunlar nece olur?
  • Code of the Samurai
  • Bu shirin bala neye baxir ele? ...
  • Creativ Resimler.
  • Pishikler
  • KElle getdi
  • Snoubord
  • Burda 2 resim var siz 10 ferqi ...
  • Gozlerini yoxla bax gor burdak ...
  • Bebe Niye aglayir sondurmek ol ...
  • Komik heyvan şəkill& ...
  • Ses verin
  • Qurani Kerim - Fatiha suresini ...
  • Sevgi nədir?
  • Escape Quickly
  • Tarakanları tap, öld ...
  • 40 h ...
  • Dermotologiya
  • Gezel resimler 1 ci hisse
  • 20 yanvar – Ümumxalq k ...
  • Buzdan duzelmish yaradciliq is ...
  • Bir dəstə gül
  • Hero Machine v2.0
  • Убивалка времени
  • Yer fındığı ...
  • Salam Jhek
  • Dashinmada deysen nese sefdir.
  • 86400 Saniye...
  • Maraqli Bir oyun daha kec goru ...
  • Namaz 4. Azan

  • Səsvermə

    Futbol üzrə 2008 Avropa Çempionatının qalibi kim olacaq?

    Çexiya
    Portuqaliya
    İsveçre
    Türkiye
    Avstriya
    Xorvatiya
    Almaniya
    Polşa
    Fransa
    İtaliya
    Hollandiya
    Rumıniya
    Yunanıstan
    Rusiya
    İspaniya
    İsveç


    Резултаты

    wap.gilavar.org