Hacı Şahinlə sual-cavab (ardı)
"Mənəvi Dünya" ictimai birliyinin
sədri, "Məşədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənli ANS Press forumunun VIP
qonağı olmuşdur. Onunla olan sual-cavabı ixtisarla sizin
diqqətinizə çatdırırıq.
Sual:
Salamun aleykum hörmətli, Hacı Şahin bəy.
Bundan əvvəl sədr olduğunuz təşkilatınız da dini maarifləndirmə sahəsində böyük
uğurlar əldə etmişdi. Hal-hazırda da Sizin Azərbaycandakı dini maarifləndirmə
fəaliyyətiniz çox uğurla gedir. Siz və Sizin kimi şəxslərin sayəsində biz öz
milli mənəvi dəyərlərimizə qayıdırıq. Allah Sizləri bizə çox görməsin və bu
yolunuzu uğurlu edib əvəzində hər 2 dünyada Peyğəmbər(s) və Onun pak Əhli
Beytindən(ə) ayrı salmasin. İnşəallah.
Sualım isə bundan ibarətdir: "Bilmək istəyirəm ki, Hz.Məhdi(ə.f)
zühurunun gecikməsi nə ilə bağlıdır? Bu barədə çox fikirlər söylənilib və
söylənilir.
Sizin də bu barədə nəzərinizi bilmək yerinə düşmüş olardı". Əvvəlcədən
öz minnətdarlığımı bildirirəm. Hörmətlə Vüsal.
Vəs-səlamu aleykum və rəhmətullah.
Cavab:
Mehdi mövzusu çox geniş olduğundan qısaca işarə etməklə
kifayətlənirik. Bütün Peğəmbərlər dünyanın sonunda ədalətli hökumətin
qurulacağını vəd edirlər. Din baxımından tarix haqla nahaqqın savaş meydanıdır.
Və bu mücadilə sonda haqqın qələbəsiylə nəticələnəcək. Dini dəyərlərin müasir
qərb dəyərləriylə əsas fərqi budur ki, qərb fəlsəfəsi həqiqətin nisbi, dini
fəlsəfə isə onun mütləq olduğunu bildirir. Dinimizə görə bəşəriyyət ayrı ayrı
xalqların mədəni özəlliyi, milli xüsusiyyətlərinin fərqliliyinə baxmayaraq
insanlıqda ortaqdır. Və bütün insanlar istinad nöqtəsi, insan fitrəti olan ilahi
qanunlarla idarə olunmalıdır. Dinin vəd etdiyinə əsasən bəşəriyyət öz inkişafı
nəticəsində bunun zəruriliyini anlayacaq və bəşər tarixinin qızıl dövrü bu zaman
başlayacaq. İslam baxımından Mehdinin zühuru yalnız mistik bir hadisə yox,
tarixi prosesin məntiqi sonluğudur. Bütün əqidə və nəzəriyyələr puç olub aradan
getdikdən sonra ilahi əqidənin dünyaya hakim olması İslam baxımından tarixin
qaçılmaz sonluğudur. Bəzilərinin iddia etdiyinə görə bu dövr artıq başlanıb.
Yuxarıdakı sualın cavabında bildirdiyimiz kimi İslam mədəniyyəti qarşısında
sarsılmasını hiss edən bəzi dairələr bu səbəbdən İslam dininə qarşı qətiyyətli
mübarizəyə qalxıblar. İslam yeganə dindir ki, öz həyatiliyini əldən verməyib, və
bu əqidə Qərb inkişaf yoluna alternativ kimi qəbul oluna bilər. Bu prosses
dünyada artıq başlanılıb və məhz bu səbəbdən bəzi tədqiqatçılar 21-ci əsri din
əsri adlandırırlar. Qurani-Kərimin məntiqinə əsasən insanlıq nə zaman o dövrə
hazır olarsa Mehdi zühur edəcək! Görünür bu hazırlıq olmadığından zühur gecikir,
amma bəşəriyyətin indiki vəziyyəti bunu deməyə əsas verir ki, zühur günü elə də
uzaqda deyil.
Sual:
Selamu Aleykum Qardashim. Qardashim men sizden bir sheyi
xahish etmek isteyirem. Bir choxlarini maraqlandirir ki,niye bezileri
mohurle,bezileri ise mohursuz namaz qilir? Niye bezileri qollari bagli,bezileri
ise qolu achiq namaz qilir? Ozude her biri inad edirki, Muhemmed (s.a.v.s.)
onlar kimi namaz qilib. Bes indi biz kime inanaq? Kimin dediyi sizce duzgundur?
Suallarima cavab vereceyinize gore indiden size oz minnetdarligimi bildirirem.
ALLAH NAMAZLARIMIZI QEBUL ETSIN. ALLAH RAZI OLSUN...! Sag olun.!
Cavab:
Əvvəla onu
deyim ki, məzhəb fərqlərinin qabardılmasının əleyhinəyəm və təssüf edirəm ki,
verilən sualların əksəriyyəti bu mövzudadır. Sualınıza cavab olaraq bunu deyə
bilərəm ki, əl açıq namaz qılmağı bütün məzhəblər qəbul edir. Möhürlə namaz
qılamq isə torpağa səcdə etmək mənasındadır. İnsan səcdə zamanı öz təkəbbürünü
qırmaq üçün alnını torpağa qoyur. Torpaq insanın əvvəli və sonudur. İnsan
torpaqdan yaranıb və yenidən torpaqdan qalxıb Allah hüzurunda dayanacaq.
Səcdənin bir mənası da məhz budur. Məşhur səhabələrdən sayılan Cabir İbn
Abdulla Əli Ənsari nəql edilən hədisdə deyilir: "İstinin şiddətindən
əlimdə
bir ovuc torpaq tutdum ki, soyudum və Peyğəmbərlə birgə zöhr namazını yerinə
yetirim (Səhih Buxari, cild 2, səhifə 202)". Bu hədisdə torpağa səcdənin
düzgünlüyünü bildirir.
Sual: Salam.
Manim sualim beladir.
1)Peygambarimizin vaxtina baxsaq onunla bir vaxtda yasayanlar va hatta onnan
sonra 3 asr yasayanlar Islamda
ziyarat olaraq Makka,Madina va Quds shaharini gorublar.Hal hazirda olkamizda bir
cox ziyaratgahlar var ki,insanlar ora gedib o ziyaratgahlardan evlad,xosbaxtlik
va s dilayir.Bazan muayyan bir qism biz ondan deyil onun vasitasila Allahdan
dilayirik.Muqaddas Quranda Allah buyurur:Bil ki, xalis din (sırf ibadət, təmiz
itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar:
"Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər).
Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü)
onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola
müvəffəq etməz! . (Zumar surasi 3)Hamcinin buna bir sira qurumlar da dastak
olaraq bunlarin genislanmasina imkan yaradir. Na ucun bunun qarsisini almir?
2)Gunumuzda vahhabilik sozu aktal masalalardandir.Manim sualim bir insanin
aqidasi konkret olaraq Allahdan basqasini
ilah olduqunu inkar edirsa,Peygambarimzin onun sahabalarinin saxladiqi saqqali
saxlayirsa,ibadatini edib vatani ucun calisirsa na ucun vahhabi adlandirilir.
3)Peygambarimiz sallahu aleyhi vasallam buyurub ki mandan sonra Islama gatirilan
butun yeniliklar radd olunur.Man bu suali dafalarla sorusmusam ki na ucun
mascidlarin coxunda azanda "Aliyyan Valiyullah" sozu alava edilir.Cavab hamisa
bu vacib deyil mustahabdir cavabini almisam.Sualim haciya beladir ki agar bu
mustahabdisa bunun asasi hardan goturulub.
4)Hal hazirda yas maclislarina baxsaq yaxini olan adam adat olaraq 1,2,3,7, cuma
axsamlari ,40,52 va s marasimlari vermakla ozunu bu qadar ziyana salir.Haqiqi
Islamda bu gunlar varmi va agar yoxdusa Qafqaz musalmanlari idarasi bu
istiqamatda na ucun maariflandirma aparmir.
5)forumun qonaqlarindan biri astroloq Firidun Qurbansoy olmusdur.Manim sualim
beladir ki hazirda olkamizda astroloqlari izladikda onlarin matbuatda
televiziyada sohbatlarinda sanki Allah yaxin insanlar kimii ozlarini
tanidirlar.Cox zaman Qurani Kerimdan ayalara muraciat edirlar.Manim bildiyima
gora qeybi Allahdan basqa hec kim bilmir.Bu Qurani Kerimda aciq askar
gostarilmisdir.Hatta bazi seylar doqru olsa bela Peygambarimiz(sas)bunu sheytan
amali saymis va cinlarin oqurlugu olduqunu demisdir.Konkret olaraq Islam
Universitetinin rektoru kimi bu insanlara o cumladan Firidun Qurbansoya,Ilham
mirzaya munasibatinizi bildirmayinizi xahis ediram.Bunlar naya asaslanib
astroloji proqnoz verirlar?Bunun elmi asasi vardirmi?Allahin adindan danisib
insanlari casdirmaq deyilmi bu?
6) Novbati sualim bayramlar barasindadir.Na ucun aksar hallarda bizda Ramazan va
Qurban bayrmlari Makka ila ust usta dusmur?
7)Novbati sualim siga haqqindadi.Həzrəti Peyğəmbərin belə dediyi bildirilir: "Ey
insanlar! Qadınlardan siğə ilə istifadə etməyi Allah qiyamət gününə qədər haram
edib. Hər kimin yanında belə bir qadın varsa, onu tərk etsin və onlara
verdiklərinizdən də heç nə almayın" (Muslim. "Nikah", 21, 22, 23).
Hal hazirda iranda har il minlarla usaq siga naticasinda anadan olur.Bu
camiyyatin korlanmasina sabab olmurmu?o usaqlar galacakda atalarinin kimin
olmagini neca bilsinlar.Kim hansi insan razi olar ki siga naticasinda anadan
olsun.Kim razi olar ki onun anasi bacisi ila siga ettsinlar.masalan man musalman
kimi razi olmaram.Siz razi olarsinizmi?xahis ediram konkret cavab verin.Siz razi
olarsinizmi?
Cavab: İlk
əvvəl siyarətgahlar barədə onu deyim ki, Peğəmbər zamanında yalnız bu 3 yerin
ziyarət olunması təbiidir. Çünki o zaman digər ziyarətgahlar yox idi. Və
ziyarətin dinimiz tərəfindən bəyənilən bir əməl olmasını bildirmək üçün dünyanın
sonuna qədər olacaq bütün ziyarətgahların adı hədislərdə çəkilməməliydi təbii ki.
Biz Peğəmbərin sünnətinə əməl etmək dedikdə forma yox, məzmunu nəzərdə tuturuq.
Əgər Peğəmbər qəbir ziyarətini bəyənilən bir iş kimi təqdim edirsə ilahi
övliyalara təvəssül etməyi inkar etməyibsə bu bizimçün kifayət etməlidir.
Yuxarıda bütlərin vasitəçiliyini inkar edən ayələrin bu mövzuyla əlaqəsi yoxdur.
Çünki burada insan daş bütləri yox ilahi övlüyaları vasitə seçir. Bu isə Quuran
ayəsinin göstərişidir. "Ey iman gətirənlər, Allahdan qorxun və ona doğru
vasitə axtarın." (Maidə 34.).
Digər sualınıza cavab olaraq deyim ki, vahabilik Məhəmməd İbn Əbdül Vahabın
adıyla bağlıdır. Allahın təkliyinə etiqadı bütün məzhəblər təbliğ edir.
Vahabilik dedikdə məqsəd özlərindən başqa bütün müsəlmanları kafir sayan,
onların qanını halal bilən, müxtəlif ölkələrdə qanlı aksialar törədən bir dəstə
nəzərdə tutulur. Qəbirlərin ziyarəti haramdır deməklə onlar faktiki olaraq
tarixi abidələri məhv edib İslam mədəniyyətiylə mebarizə aparır. Həc ziyarətində
olduğum zaman Mədinə şəhərində Peyğəmbər Məscidinin xidmətçilərindən biri mənə
dedi ki, "inşallah Allah qismət eləyər yaxında Peyğəmbərin qəbri də
dağıdılar.".
Onların bu etiqadı Əməvi və Abbasi xəlifələrinin siyasətinin təzafürlərindən
biridir. Məlum olduğu kimi Abbasi xilafəti dövründə Kərbəlada İmam Hüseynin
qəbri dəfələrlə dağıdılmış və bunun da əsas səbəbi insanları zülmlə mübarizə
məktəbi olan Kərbəla məktəbindən ayırmaq idi. Şünki bu qəbri ziyarət etməklə
müsəlmanlar şəhidlik məktəbinə bağlanırdılar. Bu isə xəlifələrə sərf etmirdi.
Daha sonra kərbəlaya hücumu dəfələrlə məhz vahabilər təşkil etdi. Və məqsədin
nədən ibarət olduğu aydındır. Bu dəstənin ən böyük təhlükəsi şiə və sünni
müsəlmanları arasında ixtilaf salmaqdır.
Əvvəla qeyd edim ki, dinimiz insanların təbii
hisslərini məhdudlaşdırmır. Cinsi meyl insanın təbii hisslərindən olduğu üçün
dinimiz bu hissin təmin olunması üçün daimi və müvəqqəti kəbin müəyyən etmişdir.
Bütün müsəlman alimlərinin fikrincə Nisa surəsinin 24-cü ayəsi məhz SİĞƏ
barədədir:
"Mute etdiyiniz qadınların mehrilərini lazımi qaydada verin. Mehr
müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah
yazılmaz. Allah hər şeyi biləndir, hikmət sahibidir."
Səhih Buxarinin 6-cı cildində yazıldığı kimi: "Mute ayəsi Allahın kitabında
nazil olub. Ona görə də biz onu Peyğəmbər zamanında yerinə yetirirdik. Quranda
onu qadağan edəcək heç nə nazil olmayıb. Peyğəmbərin özü də vəfat edənədək onu
qadağan etməyib.".
Müslümün Səhih kitabında yazıldığına əsasən (cild 1, səhifə 395)Sahabə Cabir İbn
Abdulla deyir:"Müteni Ömər qadağan etdi."
Bəzi hallarda Müte əxlaqsızlıq kimi təqdim olunur, amma qeyd olunmalıdır ki,
Müte müəyyən mənada əxlaqsızlığın qarşısını alır. Müte zamanı əvvəlcədən müddət
müəyyən olunur və bu müddətdə hər iki tərəf qarşılıqlı öhdəliklər götürür. Övlad
dünyaya gələrsə daimi Nigahdan doğulmuş uşaqla eyni hüquqlara malikdir. Bundan
əlavə qadın mütedən sonra müəyyən müddət başqa bir şəxslə ailə qura bilməz.
Artıq qərb ölkələrinin bəzisində əxlaqsızlığın qarşısını almaq üçün daimi kəbinə
alternativ olan müvəqqəti evlilik məsələsinin qanunvericiliyə daxil edilməsi
müzakirə edilir. O ki qaldı kiminsə yaxınlarının SİĞƏ etməsinə razı olub
olmamasına, həmin sözü kəbinə də aid etmək olar. Tutaq ki, bir qadın ardıcıl
olaraq 10 nəfərlə daimi kəbin bağlayıb boşanır. Dinimiz bunu qadağan etmir, amma
heç kəs yaxınlarının bu işi görməsinə razı olmaz, ümumiyyətlə dinimizin bu şeyə
icazə verməsi onu vacib etməsi demək deyildir. Hər halda cəmiyyət müxtəlif
insanlardan ibarətdir və onların hamısının istəklərini tənzimləmək dinin
zənginliyinin əlamətidir. Kimsə bunu etmək istəmirsə tərk edə bilər. Amma bu
əməldən əxlaqsız insanların sui istifadə etməsi dinin bu hökmünün inkar
edilməsiylə nəticələnməməlidir.
Sual:
Səlamun ələykum, Şahin müəllim! Allah Sizin elminizi daha da
artırsın və islam dəvəti yolunda gördüyünüz işlərinizdən razı olsun!
1 - Bəzi sünni, xüsusilə vəhhabi alimləri, Quranın ayələrini qəribə şəkildə
yozub və bəzi batil hədislərə uyub, iddia edirlər ki, guya Allahın cismi-bədəni
var, özü də əl, ayaq, göz, qulaq, saqqal kimi üzvlərdən mürəkkəb olub. Deyirlər
ki, Allah yeriyir, bəzən yavaş-yavaş və bəzən qaçır, hərdən səmadan bizə tərəf
enir, hərdən ayağını cəhənnəmin içinə qoyur və s. Deyirlər ki Allahın olduğu
yeri və Onun istiqaməti var, öz də bu istiqaməti barmaqla da göstərmək mümkündür.
Yəni Allahı mürəkkəb, zaman və məkanla məhdud olan bir varlıq kimi təsvir
edirlər. Və bununla Allaha şərik qərar verirlər. Mənim ilk sualım belədir: Sizcə,
belə halda vəhhabilər müsəlman sayiıla bilərlərmi? Əgər buna baxmayaraq
müsəlmandırlarsa, onda bunu necə əsaslandırırsınız?
2 - Peyğəmbərimizin valideynini kafir və cəhənnəmlik hesab edən firqənin (yenə
vəhhabilərin) hökmü nədir və bu etiqad onları islamdan xaric etmirmi?
3 - Xahiş edirəm ki, müasir şiə alimlərin saqqal saxlamağa aid görüşünü bəyan
edəsiniz. Sizcə, niyə şiələrin əksəriyyəti saqqal saxlamır?
vəssəlamu ələykum və rəhmətullah
Cavab: Deyilən məsələlər
insanın
kafir hesab edilməsinə dəlil deyildir. Bütün müsəlmanların bir-birinə qardaş
olması Quran hökmü olduğundan onları kafir yox, qardaş hesab etməliyik.
Sual: Salamun aleykum!
Haci,menim 2 sualim var:
1.Eger gun erzinde 5 defe namaz qilmaga vaxt ve imkan varsa,3 defe(birlesdirib)
qilmaq duzgundurmu,yeni,bu bizim ixtiyarimizdadir,yoxsa?
2.Novruz bayramini qeyd etmek ne derecede duzgundur(bidetdirmi),umumiyyetle
Islamla elaqesi varmi?
ALLAH RAZI OLSUN!
Cavab: 3 ya 5 vaxtda qılmaq öz
ixtiyarımızdadır.
Novruz Bayramının tarixi İslam tarixindən daha qədimdir və bəzi fikirlərə görə
İlahi Peyğəmbərlərlə əlaqəlidir. Ümumiyyətlə İslam yayıldığı ərazilərdə yerli
adət ən-ənələrlə mübarizə aparmayıb, əksinə o ən-ənələri daha da zənginləşdirib.
Bəzi adət dinin hökmlərinə zidd olduğu təqdirdə dinimiz o adətləri qadağan edib.
Novruz bayramı baharın gəlişiylə əlaqəli olan ədaləti, mərhəməti təcəssüm
etdirəm, zəngin milli bayramımızdır.B u səbəbdən İslam dini baxımından bu
bayramı qeyd etməyin heç bir eybi yoxdur.