DataLife Engine > Islam > Hacı Şahinlə sual-cavab
Hacı Şahinlə sual-cavab8 марта 2008. Разместил: Ismail |
|
"Mənəvi Dünya" ictimai birliyinin sədri, "Məşədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənli ANS Press forumunun VIP qonağı olmuşdur. Onunla olan sual-cavabı ixtisarla sizin diqqətinizə çatdırırıq.
Sual: Salam Şahin
bəy. Cavab: Düzgün deyil.
Sual: Salam, HacI Cavab: Sədri olduğum "Mənəvi Dünya" ictimai birliyi 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Təşkilatın əsas məqsədi, xalq arasında milli mənəvi dəyərləri təbliğ etməkdən ibarətdir. Bütün qərbə inteqrasiya olunan cəmiyyətdə yad mədəniyyətlərin milli tədəniyyəti təsirə məruz qoyub aşındırması bəzən qaçılmaz olur. Bu aşınmadan sığortalanmaq üçün milli kimliyə, qayıdışa ehtiyac var. Bu qayıdış xalqın elmə və mədəni tərəqqisinə təkan verməklə yanaşı millətin özlüyünü qoruyur. Özünü tanıyan, öz ucalığını anlayan bir millət qloballaşan dünyada söz sahibi ola bilər. Təşkilatımızın da məqsədi bu özünəqayıdış yolunda fəaliyyət göztərməkdən ibarətdir. Sual: Salam Haci bilmek isterdim bezi insanlar ancaq cume namazi qilir (her gun qilmir)bu ne derecede doqrudur ? Cavab: Quranın hökmünə əsasən hər bir müsəlman gündə 5 namaz qılmalıdır. Ancaq cümə günü namaz qılmaq düzgün hesab olunmur.
Sual: Salam aleykum, hormetli Haci Shahin muellim! Cavab: Əvvəla qeyd etmək istərdim ki, alın yazısına inam müsəlmanların tənəzzülünün əsas səbəblərindən biridir. Öz talehində heç bir rolu olmadığına inan bir ümmət tərəqqi və inkişafdan geri qalır, bu tərs təfəkkür xalqın və hər bir fərdin ictimai fəallığını məhdudlaşdırır. Bu inanc insanları idarə olunan bir kütləyə çevirir. Tarix boyu Xilafət dövründə rəsmi təbliğat alın yazısı inancının müsəlmanlar arasında geniş yayılmasına rəvac verib. Beləliklə xəlifələr müsəlmanlarla istədikləri kimi davranıblar, onlara zülm edərək təlqin etməyə çalışıblar ki, bütün bu zülmləri "Allah sizin alnınıza yazıb. Allahın yazısını isə pozmaq olmaz.!" Bunun nəticəsində müsəlmanlar etiraz hissini itirmiş, passiv bir kütləyə çevrildi və bu prosses müsəlmanların elmdə geriləməsinin ictimai prosseslərdən təcrid olunmasının əsasını qoydu. Təbii ki, bu inanc Quran məntiqinə ziddir. Qurani Kərimin məntiqinə əsasən insan ğz talehini özü müəyyənləşdirir. İnsanın ali dərəcəli varlıq olmasının əsas səbəbi onun seçim və iradəyə malik olmasıdır. Quran buyurur, "biz insana doğru yol göstərdik, istər şükr etsin, istər nankor olsun...". Digər tərəfdən alın yazısı varsa insanın axirətdə səadətə qovuşub əzaba düçar olması mənasız olur. Çünki, əgər Allah bir insanın alnına itaətkar olmasını, digərinin isə azğın olmasını yazıbsa buna görə cəza və mükafat verməsinin heç bir mənası yoxdur.
Sual: Salam Hörmetli Hacı Şahin bey!
Cavab: Lakın işlədilməsi özü-özlüyündə namazın
düzgünlüyünə ziyan gətirmir. Amma dəstamaz alınan zaman dəstamazın bütün
üzvlərinə suyun dəyməsi vacib olduğu üçün lakla dəstamaz almaq dəstamazı batil
edər.
Sual: Salam Şahin bəy sizə 3 sualım var: I Sizcə Azərbaycanda
İslam dini layiqincə qiymətləndirilirmi?
Cavab: Azərbaycanda dini vəziyyət etiqad və vicdan azadlığı
haqqında qanunla tənzimlənir. Bu qanunun özündə müəyyən boşluqların olmasına
baxmayaraq bəzən bu qanunun da müddəalarına lazımı şəkildə əməl olunmur.
Bəziləri Sovet dövrünün təfəkküründən azad olmadığından dinə təhlükə mənbəyi
kimi, gerilik əlaməti kimi baxır. Bəzi hallarda dindarların qanunda təsbit
olunmuş hüquqlarına riayət olunmur. Ümumiyyətlə İslam dininin təbliö olunması
xalqın dini marifinin yüksəldilməsi yünündə praktiki olaraq heç bir fəaliyyət
göstərilmir. Dini kənar təsirlərdən azad etmək istəuiriksə dini dəyərlərimizin
lazımi səviyyədə təbliğ olunmasına şərait yaratmalıyıq.Bu sahədə vəziyyəti
qənayətbəxş hesab etmirəm.
Sual: Salam Haci
Cavab: Artım dedikdə yəqin ki, təmiri və Məscidin
genişlənməsini nəzərdə tutursunuz. Maddi imkanın kifayət qədər olmamasından bu
problemlər yaranır. İnşallah ümid edirik ki, bu yaxın zamanda həll olunar.
Sual: Səlamun Aleykum!
Cavab: Hesab edirəm ki, məzhəb ayrıseçkiliyinin aradan
qaldırılması mümkündür. Bu problem dünya müsəlmanları qarşısında duran əsas
məsələlərdən biridir. İslam dini ilə müxalif olanlar tarix boyu parçala, hökm
sür! prinsipinə əməl etməklə müsəlmanlar arasında millili və məzhəbi zəminində
ixtilaflar yaradaraq müsəlman hümmətinin zəifləməsinə rəvac veriblər. Lakin,
zənnimcə günahı onlarda yox müsəlmanların özündə axtarmaq lazımdır.
Qurani-Kərimin "Hamınız Allahın ipində yapışın və dağılışmayın" ayəsinə əməl
etmək, bütövlükdə İslam ümmütinin ən başlıca vəzifəsidir. Bu baxımdan xüsusiylə
hər iki məzhəbin alimləri məsuliyyət daşıyırlar. Sevindirici haldır ki, son
dövrlərdə məzhəblər arası yaxınlaşma hiss olunur və İslam vəhdəti şüar yox, şüar
halından çıxıb proktiki mahiyyət kəsb etməyə başlayır. Amma buna baxmayaraq hələ
də ayrı-ayrı ölkələrdə məzhəblər arası ixtilaflar mövcuddur və dəhşətlisi odur
ki, bəzən bu ixtilaflar yüzlərlə insanın ölümüylə nəticələnir. Şükürlər olsun ki,
Azərbaycanda bu zəmində ciddi bir problem yoxdur və bu dəyəri qoruyub
saxlamalıyıq.
Sual: Essalmu Aleykum. Bidet nedir? Bunu aciqlayardiz
zehmet olmasa. Agaclara parca baglamaq, Qebirleri tevaf etmek, Qebir ustunde
qurban kesmek, islamda varmi?
Cavab: Bidət dini hökümləri dəyişmək, heç bir elmi və məntiqi
prinsipə əsaslanmadan dini məsələlər barədə fikir yürütməyə deyilir.
Sual: salam haci, Cavab: Çox aktual məsələdir. Qəribə təzad ondadır ki, biz bəzən dindarların kənar təsirlərə məruz qalmasından danışırıq amma əməldə dinin normal şəkildə təbliğ olunmasına mane olmaqla bu təsirin genişlənməsinə zəmin yaradırıq. Kütləvi İnformasiya Vasitələrinin vüsusiylə televiziyaların dinin təbliğ olunmasında rolu olduqca böyükdür. Biz dünyavi dövlətdə yaşayırıq deyə din təbliğ olunmamalıdır fikrini irəli sürənlər də tapılır. Bu fikir gülüş doğuran və məntiqsiz bir fikirdir. Bayrağımızdakı rənglərindən biri İslamı təcəssüm etdiyindən insanlarımızın xüsusiylə gənclərimizin formalaşmasında din amilindən geniş istifadə etməliyik. Din mənəviyyatın əsas qaynağıdır. Və bu gün qarşılaşdığımız bir çox problemin kökündə mənəviyyatsızlıq dayanır. Bəziləri dini təbliğin məhdudlaşdırılmasıyla insanların dinə olan marağının azalmasını zənn edirsə yanılır. Bir çox ölkələr qadağalar yolunun effektsizliyini anlayaraq dini azadlıqların verilməsi haqqında düşündüyü halda, bizim onların səhvini təkrar edib qadağa yoluyla getməyimiz yalnışdır. Səhərdən axşama qədər təbliğ olunan əyləncənin təsiriylə formalaşan gənclikdən nə dövlət nə də ki, xalq heç bir fayda görə bilməz. Ona görə də hesab edirəm ki, dinin düzgün təbliğ olunmasında televiziyaların rolu olduqca böyükdür. Və dini proqramların sayının azalmasını mənfi həm də təhlükəli hall hesab edirəm.
Sual:
BISMILLEHIR RAHMENIR RAHIM Cavab: Dediyiniz kəlmə Ərəb dilindən tərcümədə - "Ey iman gətirən şəxslər" - mənasını ifadə edir. Sual: Salam Haci. Bildiyiniz kimi Danimarka qezetinde Mehemmed peyqemberin daha önce de ciddi narazılıqlar doğuran bir karikaturası yeniden derc olunub. Zehmet olmasa bu barede öz mövqeynizi bildirin. Cavab: Təbii ki, münasibətim mənfidi. Özünü mədəni adlandıran insanların milyaddan artıq sayı olan müsəlmanların inancını təhqir etməsi bunu söz azadlığı ilə əsaslandırması dəhşətlidir. Bəzi hallarda mədəniyyətlərin dialoqu vicdan azadlığına hörmət haqqında ağız dolusu danışanların belə bir rəzil eməlləri onların acizliyini sübut edir. Həqiqətdə dünyada insanlar arasında İslama marağın günü-gündən artması, İslam mədəniyyətinin yenidən çiçəklənməkdə olması, Qərbdə müəyyən dairələri narahat edir. Və bu məqsədlə müxtəlif cəbhələrdən müsəlmanlara və İslama hücum edirlər. Amma zənn etmirəm ki, ümumbəşəri dəyərləri təhqir etməklə nəyəsə nail ola bilsinlər. Son dövrlərdə mətbuatda gedən məlumatlara əsasən Peyğəmbərin təhqir olunduğu ölkələrdə Qurani-Kərimin tərcümələrinin sayı artır. Bu onu göstərir ki, həmin ölkələrdə İslama maraq daha da artmaqdadı. Nəticədə göründüyü kimi bu təhqirlər onların öz əleyhinə işləyir. Təbii ki, bu cür çirkin əməllər Peyğəmbərimizin böyük şəxsiyyətinə heç bir ləkə gətirməz, əksinə bu rəzil əməl edənlərin mənəvi ebəcərliklərini ortaya qoyur. Sual: Salam, menim sualim beledir: Sizce dunyada geden elmi texniki inqilab ehalisi muselman olan dovletlerde neye gore cox zeif gedir. Umumiyyetle istenilen sahede bu gerilik nezere carpir. Bu prosesde dinin rolu varmi ve varsa dinin bu prosese ne kimi tesir eden terefleri var?
Cavab: Olduqca geniş bir mövzudur. Və bu mövzu böyük bir tədqiqat
əsərinin mövzusu ola bilər. Amma qısa olaraq onu deyə bilərəm ki, həqiqətdə
müsəlmanların geriləməsinin səbəbini dində yox, dindən uzaq düşməkdə axtarmaq
lazımdır. Deyə bilərsiz ki, Qərb dünyası İslamdan uzaq olduğu halda tərəqqiyə
necə nail oldu?! Bu sualın cavabında bunu deyə bilərəm ki, Qərb dünyası təhrif
olunmuş xristyanlığın əsarətindən azad olunmaqla həqiqətdən həqiqi dinə doğru
addım atdı. Bu addım Qərb mədəniyyətinin intibahıyla nəticələndi. Bu intibah isə
elmi-texniki tərəqqini doğurdu. Şeyx Məhəmməd Əbdöhün dediyi kimi, "Qərb
dünyası öz dinini atdığı gündən inkişaf etdi, Müsəlmanlar isə dinlərindən
uzaqlaşmaqla inkişafdan geri qaldılar.".
Sual: Allahin salami ve rehmeti uzerine olsun Haci, Cavab: Namazın
vaxtları haqqında Quranın Hud surəsinin 114-cü ayəsində danışılır: "Günün
başlanğıcında, sonunda və gecənin vaxtında namaz qıl ki, həqiqətən yaxşılıqlar
pislikləri aradan aparır. Bu öyüd alanlara bir öyüddür.". Aydın göründüyü kimi
burada namazın yalnız 3 vaxtı göstərilir. Peyğəmbərimizdən nəql olunan
çoxsaylı hədislərdə Peyğəmbərin namazları birləşdirməsi qeyd olunur. Misal
olaraq Maliki məzhəbinin banisi Malik İbn Ənəs yazır: "Allahın Peyğəmbəri zöhr
və əsr, həmçinin məğrib və işa namazlarını birlikdə qılırdı. Halbuki nə düşmən
təhlükəsi vardı nə səfərdəydi (Malik ""Məvəttə" kitabü-ssəllah, səhifə
125.).".
Sual:
Salam. Şiyə əqidəsinə görə hökmən hansısa müctəhidin yolunu
tutmalısan, onun məsləhətlərilə, qoydugu şərtlərlə bəhrələnməlisən. Və hətta
özünə müctəhid seçmədikdə etdiyin ibadətlər batil sayılır. Hər halda mən belə
oxumuşam. Niyə hökmən belə olmalıdır. Axı insan (məzhəbindən asılı olmayaraq)
ALLAHın qoydugu vacid qanunlara riayət edirsə və müctəhid seçmək istəmirsə niyə
ibadətlər heç sayılmaıdır. Mən şəxsən qəbul edə bilmirəm. Bəlkə həqiqətən də
gözəl, hikmətli bir açıqlaması vardır. Cavab: Qeyd olunmalıdır ki, əqidənin seçimində insan heç bir kəsin sözünə qeydsiz, sərtsiz əməl etməməlidir. Əqidənin bütün əsaslarını insan məntiqi və əqli dəlillərə əsasən qəbul etməlidir. Əqidə seçildikdən sonra insan əməl mərhələsinə gəlir. Bu məsələlərdə insanın təqlid etməsi lazımdır. Bir çox şəriət hökümləri Quran və hədislərə əsaslanır və bu hökmləri öyrənmək üçün, insan dini elmlərə kamil yiyələnməli, icdihad dərəcəsinə çatmalıdır. Misalçün namazın qılınma qaydası Quranda yoxdur. Namazın düzgün qılınması yalnız Peyğəmbərimizin sünnətiylə müəyyən olunur. Bütün bu məsələləri bilmət üçün insan ilk olaraq Ərəb dilini kamil bilməlidir, Quran təvsirini, rical elmini mənimsəməlidir. Bu isə hər bir insanın öhtəsindən gəlmədiyi bir işdir. Qeyd etməliyəm ki, təqlid yalnız şiəliyə aid deyil və faktiki olaraq bütün müsəlmanlar kiməsə təqlid edirlər. Bu əməlin hikmətini bilmək istəyirsinizsə, yolu sadədir - Həyatımızın istənilən sahəsində problemlə qarşılaşdığımızda o sahəənin mütəxəsisinə müraciət edirik. Xəstələndikdə həkimə gedirik, maşınımız xarab olduqda ustaya müraciət edirik, təqlidi inkar etmək ona bənzəyir ki, xəstə həkimə müraciətdən boyun qaçırıb öz bildiyi kimi müalicə olunmağa çalışır. Təbii ki, bu onunçün faciəylə nəticələnə bilər.
Sual: Salam. Cavab: Namazı bilə bilə qəzaya saxlamaq günah sayılır.Qurani-Kərim buyurur vay olsun o namaz qılanların halına ki, namazlarına qarşı səhlənkardırlar.
Sual: Salam aleykum
Cavab: 1. Qeyd edim ki, İslam dini şərti olaraq kök
və budaqlara bölünüb. Etiqada aid olan məsələlər - kök, əmələ aid olanlar isə -
budaq hesab olunur. Ədil və imamət etiqada aid olduğundan kök hesab olunur. |