"Mənəvi Dünya" ictimai birliyinin sədri, "Məşədi
Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənli ANS Press forumunun VIP
qonağı
olmuşdur. Onunla olan sual-cavabı ixtisarla sizin diqqətinizə çatdırırıq.
Sual: Salam Şahin
bəy.
Sağlam bir insanın işdə oturaq vəziyyətdə namaz qılmağının şahidi olmuşam.
Sizcə bu düzgündürmü?
Cavab:
Düzgün deyil.
Sual: Salam, HacI
Zəhmət olmasa sədirlik etdiyiniz "Mənəvi Dünya" ictimai birliyi təşkilatı barədə
mənə və bütün ans.com/forum istifadəçilərinə qisaca məlumat verəsiniz.
Əvvəlcədən təşəkkür edirəm
Cavab: Sədri olduğum "Mənəvi Dünya" ictimai birliyi
2007-ci ildə dövlət qeydiyyatına alınıb. Təşkilatın əsas məqsədi, xalq arasında
milli mənəvi dəyərləri təbliğ etməkdən ibarətdir. Bütün qərbə inteqrasiya olunan
cəmiyyətdə yad mədəniyyətlərin milli tədəniyyəti təsirə məruz qoyub aşındırması
bəzən qaçılmaz olur. Bu aşınmadan sığortalanmaq üçün milli kimliyə, qayıdışa
ehtiyac var. Bu qayıdış xalqın elmə və mədəni tərəqqisinə təkan verməklə yanaşı
millətin özlüyünü qoruyur. Özünü tanıyan, öz ucalığını anlayan bir millət
qloballaşan dünyada söz sahibi ola bilər. Təşkilatımızın da məqsədi bu
özünəqayıdış yolunda fəaliyyət göztərməkdən ibarətdir.
Sual: Salam Haci bilmek isterdim bezi insanlar ancaq
cume namazi qilir (her gun qilmir)bu ne derecede doqrudur ?
Cavab: Quranın hökmünə əsasən hər bir müsəlman gündə
5 namaz qılmalıdır. Ancaq cümə günü namaz qılmaq düzgün hesab olunmur.
Sual: Salam aleykum, hormetli Haci Shahin muellim!
Bezi dindar qardashlar cemiyyet arasinda bele bir fikir yayirlar ki, QEDERE
IMAN budur ki, INSANIN ETDIYI VE EDECEYI BUTUN ISHLERI ONCEDEN ALLAH-TAALA
ADAMIN "ALNINA" YAZIB ve biz yalniz Onun "yazisini" yerine yetiririk. Bele ise,
onda birini Allah gunahkar yaradibsa, niye cezalandirir, yaxud birisini yaxshi
insan edibse, niye mukafatlandirir? Allah Ozu "yazdigi" ishlere gore insani nece
sinayir? Eger insan azad iradeye malik deyilse, onda meger neyise Allah "yazmadigi"
kimi de ede biler ki?
Evvelceden oz minnetdarligimi bildirirem.
Cavab: Əvvəla qeyd etmək istərdim ki, alın yazısına inam
müsəlmanların tənəzzülünün əsas səbəblərindən biridir. Öz talehində heç bir rolu
olmadığına inan bir ümmət tərəqqi və inkişafdan geri qalır, bu tərs təfəkkür
xalqın və hər bir fərdin ictimai fəallığını məhdudlaşdırır. Bu inanc insanları
idarə olunan bir kütləyə çevirir. Tarix boyu Xilafət dövründə rəsmi təbliğat
alın yazısı inancının müsəlmanlar arasında geniş yayılmasına rəvac verib.
Beləliklə xəlifələr müsəlmanlarla istədikləri kimi davranıblar, onlara zülm
edərək təlqin etməyə çalışıblar ki, bütün bu zülmləri "Allah sizin alnınıza
yazıb. Allahın yazısını isə pozmaq olmaz.!" Bunun nəticəsində müsəlmanlar etiraz
hissini itirmiş, passiv bir kütləyə çevrildi və bu prosses müsəlmanların elmdə
geriləməsinin ictimai prosseslərdən təcrid olunmasının əsasını qoydu. Təbii ki,
bu inanc Quran məntiqinə ziddir. Qurani Kərimin məntiqinə əsasən insan ğz
talehini özü müəyyənləşdirir. İnsanın ali dərəcəli varlıq olmasının əsas səbəbi
onun seçim və iradəyə malik olmasıdır. Quran buyurur, "biz insana doğru yol
göstərdik, istər şükr etsin, istər nankor olsun...". Digər tərəfdən alın yazısı
varsa insanın axirətdə səadətə qovuşub əzaba düçar olması mənasız olur. Çünki,
əgər Allah bir insanın alnına itaətkar olmasını, digərinin isə azğın olmasını
yazıbsa buna görə cəza və mükafat verməsinin heç bir mənası yoxdur.
Sual: Salam Hörmetli Hacı Şahin bey!
Size soruşmaq istediklerim aşağıdakı kimidir:
Namaz qılaqken (qadınlar) lakla qılmaq ne qeder düzgündür?
İslam dininde Siğe varmı?
Eşiddiyime göre İslamda bir ana övladının emzirmemek haqqına sahibdi. Yani süd
anası tapa biler. Bu ne qeder doğrudur?
Önceden minnetaram
Cavab: Lakın işlədilməsi özü-özlüyündə namazın
düzgünlüyünə ziyan gətirmir. Amma dəstamaz alınan zaman dəstamazın bütün
üzvlərinə suyun dəyməsi vacib olduğu üçün lakla dəstamaz almaq dəstamazı batil
edər.
İslam baxımından ananın övladına süd verməsi onun dini vəzifəsi sayılmır. sÜD
ANASI DA TAPILA BİLƏR. Amma bunu deməliyəm ki, ailə inzibati qurum olmadığından
İslam ailə münasibətlərini yalnız qanunlarla deyil, qarşılıqlı anlaşmayla
tənzimlənməsini istəyir. Təbii ki, ananın övladına süd verməsi onun analıq
borcudur.
Siğə barədə fikrimi növbəti suallarda bildirəcəm.
Sual: Salam Şahin bəy sizə 3 sualım var: I Sizcə Azərbaycanda
İslam dini layiqincə qiymətləndirilirmi?
II Namaz qılanlar çoxluq təşkil edir yoxsa qılmayanlar?
III sualım isə namaz qılanlar bütün qayda qanuna əməl edirmi?
Cavab: Azərbaycanda dini vəziyyət etiqad və vicdan azadlığı
haqqında qanunla tənzimlənir. Bu qanunun özündə müəyyən boşluqların olmasına
baxmayaraq bəzən bu qanunun da müddəalarına lazımı şəkildə əməl olunmur.
Bəziləri Sovet dövrünün təfəkküründən azad olmadığından dinə təhlükə mənbəyi
kimi, gerilik əlaməti kimi baxır. Bəzi hallarda dindarların qanunda təsbit
olunmuş hüquqlarına riayət olunmur. Ümumiyyətlə İslam dininin təbliö olunması
xalqın dini marifinin yüksəldilməsi yünündə praktiki olaraq heç bir fəaliyyət
göstərilmir. Dini kənar təsirlərdən azad etmək istəuiriksə dini dəyərlərimizin
lazımi səviyyədə təbliğ olunmasına şərait yaratmalıyıq.Bu sahədə vəziyyəti
qənayətbəxş hesab etmirəm.
Təbnii ki, Azərbaycan ateizim təbliğatından yenicə azad olmuş bir dövlətdir və
belə bir dövlətdə dini ayinlərə riayət etməyənlərin sayının daha artıq olması
təbiidir. Amma bunu deyə bilərəm ki, ibadət edən insanların sayı günü-gündən
artmaqdadır.
Bütün namaz qılanların adından danışa bilmərəm, amma dini qayda-qanunlara kamil
şəkildə əməl etmək istəyən insanlar da cəmiyyətdə kifayət qədərdir.
Sual: Salam Haci
Bizim mescide (Meshedi Dadash) artim olacaqmi?
Mashallah cumelerde bir azdan mehellede yer olmayacaq!
Shehsen men ozum hemmishe bayirda qiliram namazimi orda olanlari gorurem. Haci
biz camaati gilanda, bezi vahtlar olur ki kimse meheleynen dushur camahat
arasindan, elebil gormur ki bugeder adam namaz qilir. Haci bu ...?.... insanlar
bizim namazimizi pozmur?
Allah sizden razi olsun.
Cavab: Artım dedikdə yəqin ki, təmiri və Məscidin
genişlənməsini nəzərdə tutursunuz. Maddi imkanın kifayət qədər olmamasından bu
problemlər yaranır. İnşallah ümid edirik ki, bu yaxın zamanda həll olunar.
Namaz qıldığınız halda kiminsə yoldan keçməsi namazınızı pozmur.
Sual: Səlamun Aleykum!
1. Hacı, ölkədəki müsəlmanlar arasında məzhəb ayrı-seçkiliyini aradan qaldırmaq
üçün az da olsa bir faliyyətiniz var?
2. Sizcə bu mümkündür?
3. Sizin fikrinizcə İslam peyğəmbəri bu gün gəlsə müsəlmanların ən çox hansı
işinə irad tutar?
4. İslam peyğəmbəri sizə qonaq gələcək olsa buna hazırsız, yoxsa evinizdə hökmən
nəyinsə yerini dəyişdirərsiniz?
5. Mətbuatdan öyrəndiyimizə görə, İngiltərədə şəriət məhkəmələri, şəriət
bankları faliyyət göstərir, müsəlmanlar böyük iqtisadi potensiala sahibdir və
İslam dinini qəbul edənlərin sayı çoxalır. Sizin fikrinizə görə, bu bəsit bir
ədalət axtarışıdır, yoxsa İslam dövlətinin xəbərçisidir?
Cavablarınız üçün təşəkkür edirəm.
Cavab: Hesab edirəm ki, məzhəb ayrıseçkiliyinin aradan
qaldırılması mümkündür. Bu problem dünya müsəlmanları qarşısında duran əsas
məsələlərdən biridir. İslam dini ilə müxalif olanlar tarix boyu parçala, hökm
sür! prinsipinə əməl etməklə müsəlmanlar arasında millili və məzhəbi zəminində
ixtilaflar yaradaraq müsəlman hümmətinin zəifləməsinə rəvac veriblər. Lakin,
zənnimcə günahı onlarda yox müsəlmanların özündə axtarmaq lazımdır.
Qurani-Kərimin "Hamınız Allahın ipində yapışın və dağılışmayın" ayəsinə əməl
etmək, bütövlükdə İslam ümmütinin ən başlıca vəzifəsidir. Bu baxımdan xüsusiylə
hər iki məzhəbin alimləri məsuliyyət daşıyırlar. Sevindirici haldır ki, son
dövrlərdə məzhəblər arası yaxınlaşma hiss olunur və İslam vəhdəti şüar yox, şüar
halından çıxıb proktiki mahiyyət kəsb etməyə başlayır. Amma buna baxmayaraq hələ
də ayrı-ayrı ölkələrdə məzhəblər arası ixtilaflar mövcuddur və dəhşətlisi odur
ki, bəzən bu ixtilaflar yüzlərlə insanın ölümüylə nəticələnir. Şükürlər olsun ki,
Azərbaycanda bu zəmində ciddi bir problem yoxdur və bu dəyəri qoruyub
saxlamalıyıq.
Üçüncü sualınıza cavab: Peyğəmbərimiz dünyadan getdiyi zaman "sizə iki əmanət
qoyub gedirəm - Quran və Əhli-Beyt" - deyə vəsiyyət etdi. Belə düşünürəm ki,
Peyğəmbər müsəlmanların bu iki əmanətə lazımi sayğı göstərmədiyini onlara irad
tutar.
4. Evinizdə nəyinsə yerinin dəyişdirilməsinə ehtiyac görmürəm.
5. Sadaladığınız faktların İslam dövlətinin göstəricisi olduğunu qəbul etmirəm.
Bunlar müsəlmanların sayının artmasının İslamın Avropada geniş yayılmasının
təzahürüdür.
Sual: Essalmu Aleykum. Bidet nedir? Bunu aciqlayardiz
zehmet olmasa. Agaclara parca baglamaq, Qebirleri tevaf etmek, Qebir ustunde
qurban kesmek, islamda varmi?
Essalmu Aleykum
Cavab: Bidət dini hökümləri dəyişmək, heç bir elmi və məntiqi
prinsipə əsaslanmadan dini məsələlər barədə fikir yürütməyə deyilir.
Qəbir üstə qurban kəsmək dinimizlə ziddiyyət təşkil etmir. Yalnız bir məzhəbin
alimləri yox, bir çox İslam alimləri bu işin dinə zidd olmadığı qənaətində
olublar. O cümlədən Əhli-Sünnət alimlərinin böyüklərin biri olan Şafeyi deyir: "Əgər
bir kəs müsəlmanların əməli salehlərə və Peyğəmbərlərə qurbanlıq etməsi barədə
tədqiqat apararsa bu nəticəyə çatar ki, qurbanın məqsədi ölülərin ruhuna savab
bağışlamaqdır. Əhli-Sünnət icmasına əsasən diri insanların sədəqələri ölülərə
yetişir. Bu haqda olan hədis və rəvayətlər səhi və məhşurdur."
Qəbirlərə təzim etmək o qəbirdə yatan insanların Allaha yaxınlığı
səbəbindəndirsə, həqiqətdə Allaha təzim hesab olunur. O ki, qaldı hansısa
ağaclara parça bağlamaq və s. bu kimi əməllərə bunlar mövhumatın təzahürü və
dinin mahiyyətinə ziddir.
Sual: salam haci,
son zamanlar yerli telekanallarin efirinden sayca az keyfiyyetce ashagi olsa da
movcud olan dini verilishlerin yoxa cixmasina munasibetiniz necedir?
Cavab: Çox aktual məsələdir. Qəribə təzad ondadır ki, biz bəzən
dindarların kənar təsirlərə məruz qalmasından danışırıq amma əməldə dinin normal
şəkildə təbliğ olunmasına mane olmaqla bu təsirin genişlənməsinə zəmin yaradırıq.
Kütləvi İnformasiya Vasitələrinin vüsusiylə televiziyaların dinin təbliğ
olunmasında rolu olduqca böyükdür. Biz dünyavi dövlətdə yaşayırıq deyə din
təbliğ olunmamalıdır fikrini irəli sürənlər də tapılır. Bu fikir gülüş doğuran
və məntiqsiz bir fikirdir. Bayrağımızdakı rənglərindən biri İslamı təcəssüm
etdiyindən insanlarımızın xüsusiylə gənclərimizin formalaşmasında din amilindən
geniş istifadə etməliyik. Din mənəviyyatın əsas qaynağıdır. Və bu gün
qarşılaşdığımız bir çox problemin kökündə mənəviyyatsızlıq dayanır. Bəziləri
dini təbliğin məhdudlaşdırılmasıyla insanların dinə olan marağının azalmasını
zənn edirsə yanılır. Bir çox ölkələr qadağalar yolunun effektsizliyini anlayaraq
dini azadlıqların verilməsi haqqında düşündüyü halda, bizim onların səhvini
təkrar edib qadağa yoluyla getməyimiz yalnışdır. Səhərdən axşama qədər təbliğ
olunan əyləncənin təsiriylə formalaşan gənclikdən nə dövlət nə də ki, xalq heç
bir fayda görə bilməz. Ona görə də hesab edirəm ki, dinin düzgün təbliğ
olunmasında televiziyaların rolu olduqca böyükdür. Və dini proqramların sayının
azalmasını mənfi həm də təhlükəli hall hesab edirəm.
Sual:
BISMILLEHIR RAHMENIR RAHIM
SALAM ALEYKUM HACI,
Ilk once bu forumda acilmish musahibeniz ile Sizi tebrik edib ugurlar dileyirem.
Sual: YA EYUHELLEZINE EMENU kelmesi QURANI KERIMDE 80 defe seslenir. Tefsiri
oxudugum halda yene de Sizden bu cumlenin kimlere aid oldugunu oyrenmek isterdim
ALLAH razi olsun
Cavab:
Dediyiniz kəlmə Ərəb dilindən tərcümədə - "Ey iman gətirən
şəxslər" - mənasını ifadə edir.
Sual: Salam Haci. Bildiyiniz kimi Danimarka qezetinde Mehemmed
peyqemberin daha önce de ciddi narazılıqlar doğuran bir karikaturası yeniden
derc olunub. Zehmet olmasa bu barede öz mövqeynizi bildirin.
Cavab: Təbii ki, münasibətim mənfidi. Özünü mədəni adlandıran
insanların milyaddan artıq sayı olan müsəlmanların inancını təhqir etməsi bunu
söz azadlığı ilə əsaslandırması dəhşətlidir. Bəzi hallarda mədəniyyətlərin
dialoqu vicdan azadlığına hörmət haqqında ağız dolusu danışanların belə bir
rəzil eməlləri onların acizliyini sübut edir. Həqiqətdə dünyada insanlar
arasında İslama marağın günü-gündən artması, İslam mədəniyyətinin yenidən
çiçəklənməkdə olması, Qərbdə müəyyən dairələri narahat edir. Və bu məqsədlə
müxtəlif cəbhələrdən müsəlmanlara və İslama hücum edirlər. Amma zənn etmirəm ki,
ümumbəşəri dəyərləri təhqir etməklə nəyəsə nail ola bilsinlər. Son dövrlərdə
mətbuatda gedən məlumatlara əsasən Peyğəmbərin təhqir olunduğu ölkələrdə
Qurani-Kərimin tərcümələrinin sayı artır. Bu onu göstərir ki, həmin ölkələrdə
İslama maraq daha da artmaqdadı. Nəticədə göründüyü kimi bu təhqirlər onların öz
əleyhinə işləyir. Təbii ki, bu cür çirkin əməllər Peyğəmbərimizin böyük
şəxsiyyətinə heç bir ləkə gətirməz, əksinə bu rəzil əməl edənlərin mənəvi
ebəcərliklərini ortaya qoyur.
Sual: Salam, menim sualim beledir: Sizce dunyada
geden elmi texniki inqilab ehalisi muselman olan dovletlerde neye gore cox zeif
gedir. Umumiyyetle istenilen sahede bu gerilik nezere carpir. Bu prosesde dinin
rolu varmi ve varsa dinin bu prosese ne kimi tesir eden terefleri var?
Cavab: Olduqca geniş bir mövzudur. Və bu mövzu böyük bir tədqiqat
əsərinin mövzusu ola bilər. Amma qısa olaraq onu deyə bilərəm ki, həqiqətdə
müsəlmanların geriləməsinin səbəbini dində yox, dindən uzaq düşməkdə axtarmaq
lazımdır. Deyə bilərsiz ki, Qərb dünyası İslamdan uzaq olduğu halda tərəqqiyə
necə nail oldu?! Bu sualın cavabında bunu deyə bilərəm ki, Qərb dünyası təhrif
olunmuş xristyanlığın əsarətindən azad olunmaqla həqiqətdən həqiqi dinə doğru
addım atdı. Bu addım Qərb mədəniyyətinin intibahıyla nəticələndi. Bu intibah isə
elmi-texniki tərəqqini doğurdu. Şeyx Məhəmməd Əbdöhün dediyi kimi, "Qərb
dünyası öz dinini atdığı gündən inkişaf etdi, Müsəlmanlar isə dinlərindən
uzaqlaşmaqla inkişafdan geri qaldılar.".
Orta əsrlər tarixini diqqətlə oxusaq bu fikrin doğruluğunu görərik. Ən geridə
qalmış yarımvəhşi bir millətin dünyanın ən mütərəqqi millətinə çevirən bir dini
geriliyin səbəbi kimi təqdim etmək sağlam məntiqə sığmır. Tam qətiyyətlə deyirəm
ki, İslam dinində elə bir müdəa tapıla bilməz ki, elmi-texniki tərəqqinin
qarşısını alsın, əksinə bir din olaraq İslam müsəlmanların inkişafına təkan
verir və eyni zamanda onların mənəvi təmizliyini qoruyur.
Sual: Allahin salami ve rehmeti uzerine olsun Haci,
Namazla, daha dogrusu namazlarin birleshdirilmesi ile bagli aydinlashdirmaya
chox ehtiyacim ve bunu sizden xahish edirem. Bildiyiniz kimi biz namaz gilarken
gunorta ve esr elece de sham ve xuften namazlarini birleshdiririk. Bir nece
vaxtdir namaz giliram ve birleshdirmenin sebebi hele de mene garanligdir. Xahish
edirem bir geder bu meseleye aydinliq getiresiniz.
Evvelceden derin teshekkur edirem,
Shahid
Cavab:
Namazın
vaxtları haqqında Quranın Hud surəsinin 114-cü ayəsində danışılır: "Günün
başlanğıcında, sonunda və gecənin vaxtında namaz qıl ki, həqiqətən yaxşılıqlar
pislikləri aradan aparır. Bu öyüd alanlara bir öyüddür.". Aydın göründüyü kimi
burada namazın yalnız 3 vaxtı göstərilir. Peyğəmbərimizdən nəql olunan
çoxsaylı hədislərdə Peyğəmbərin namazları birləşdirməsi qeyd olunur. Misal
olaraq Maliki məzhəbinin banisi Malik İbn Ənəs yazır: "Allahın Peyğəmbəri zöhr
və əsr, həmçinin məğrib və işa namazlarını birlikdə qılırdı. Halbuki nə düşmən
təhlükəsi vardı nə səfərdəydi (Malik ""Məvəttə" kitabü-ssəllah, səhifə
125.).".
Namazların ardıcıl qılınmasının heç bir eybi yoxdur.
Sual:
Salam. Şiyə əqidəsinə görə hökmən hansısa müctəhidin yolunu
tutmalısan, onun məsləhətlərilə, qoydugu şərtlərlə bəhrələnməlisən. Və hətta
özünə müctəhid seçmədikdə etdiyin ibadətlər batil sayılır. Hər halda mən belə
oxumuşam. Niyə hökmən belə olmalıdır. Axı insan (məzhəbindən asılı olmayaraq)
ALLAHın qoydugu vacid qanunlara riayət edirsə və müctəhid seçmək istəmirsə niyə
ibadətlər heç sayılmaıdır. Mən şəxsən qəbul edə bilmirəm. Bəlkə həqiqətən də
gözəl, hikmətli bir açıqlaması vardır.
Təşəkkür edirəm.
Cavab:
Qeyd olunmalıdır ki, əqidənin seçimində
insan heç bir kəsin sözünə qeydsiz, sərtsiz əməl etməməlidir. Əqidənin bütün
əsaslarını insan məntiqi və əqli dəlillərə əsasən qəbul etməlidir. Əqidə
seçildikdən sonra insan əməl mərhələsinə gəlir. Bu məsələlərdə insanın təqlid
etməsi lazımdır. Bir çox şəriət hökümləri Quran və hədislərə əsaslanır və bu
hökmləri öyrənmək üçün, insan dini elmlərə kamil yiyələnməli, icdihad dərəcəsinə
çatmalıdır. Misalçün namazın qılınma qaydası Quranda yoxdur. Namazın düzgün
qılınması yalnız Peyğəmbərimizin sünnətiylə müəyyən olunur. Bütün bu məsələləri
bilmət üçün insan ilk olaraq Ərəb dilini kamil bilməlidir, Quran təvsirini,
rical elmini mənimsəməlidir. Bu isə hər bir insanın öhtəsindən gəlmədiyi bir
işdir. Qeyd etməliyəm ki, təqlid yalnız şiəliyə aid deyil və faktiki olaraq
bütün müsəlmanlar kiməsə təqlid edirlər. Bu əməlin hikmətini bilmək
istəyirsinizsə, yolu sadədir - Həyatımızın istənilən sahəsində problemlə
qarşılaşdığımızda o sahəənin mütəxəsisinə müraciət edirik. Xəstələndikdə həkimə
gedirik, maşınımız xarab olduqda ustaya müraciət edirik, təqlidi inkar etmək ona
bənzəyir ki, xəstə həkimə müraciətdən boyun qaçırıb öz bildiyi kimi müalicə
olunmağa çalışır. Təbii ki, bu onunçün faciəylə nəticələnə bilər.
Sual: Salam.
Menim tanidigim insan var ki namaz qilir.Ancaq bezen ozu bile-blie namazini
qezaya saxliyir.Cox maraqlidi bu ne derecede duzgundur?
Cavab: Namazı bilə bilə qəzaya saxlamaq günah sayılır.Qurani-Kərim
buyurur vay olsun o namaz qılanların halına ki, namazlarına qarşı
səhlənkardırlar.
Sual: Salam aleykum
Size olan suallarım bunlardır.
1) Islam dininin kök hissələri neçə hissədən ibarətdir. Ədl və İmamət dinin
köküdür yoxsa budaqları? Köküdürsə hansı əsasə görə?
2) Bir tarixçi mütəxəssis teqlid etdiyi müctəhidin her hansı bir tarixi fikrini
səhv saya və burada ona tabe olmaya bilərmi? Məncə təqlid yalnız islam hüququnda
olur(fiqhde)
Cavab: 1. Qeyd edim ki, İslam dini şərti olaraq kök
və budaqlara bölünüb. Etiqada aid olan məsələlər - kök, əmələ aid olanlar isə -
budaq hesab olunur. Ədil və imamət etiqada aid olduğundan kök hesab olunur.
2. Təqlid yalnız fiqhi məsələlərə aid olduğundan tarixçi mütəxəsis öz fikrinə
etimad etməlidir.