ÇL - 1/8 final - Çelsi, Roma və Şalke də növbəti mərhələdə » Islam Ислам :: Xeberler Новости :: Video Видео :: Futbol :: Zarafatlar Шутки :: Resmler Картинки :: Oyunlar Игры :: Intellektual Интеллектуальный :: Sevgi :: Avtos və avtomobillər :: SMS :: Proqramlar Программы :: Flash :: Derslikler Учебники :: Muxtelif Разное
Çelsi futbol klubu UEFA
Çempionlar Liqasının 1/4 final mərhələsinə çıxıb
İngilislər Yunanıstanın Olimpiakos
klubunu məğlub edərək buna nail olublar
İngiltərənin Çelsi futbol klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə
vəsiqə qazanıb. İngilislər bu uğura Yunanıstanın Olimpiakos klubunu məğlub
etdikdən sonra imza atıblar. İlk dəqiqələrdən oyuna fəal başlıyan zadəganlar
artıq matçın 5-ci dəqiqəsində hesabı açıblar. Lempardın cərimə meydançasına
asmasından sonra Mixail Ballak başla topu Nikopolidisin qoruduğu qapıdan keçirib,
1-0. Lemonisin yetirmələri bir daha matçın 25-ci dəqiqəsində oyuna mərkəzdən
başlamalı olublar. Bu dəfə Lempard özü rəqibi cəzalandırıb. Nikopolidis Ballakın
zərbəsini dəf etsə də, Lempard qarşısında aciz qalıb, 2-0. Fasilədən sonra da
oyunun senarisi dəyişməyib. Matç elə Çelsinin 3-0 hesablı qələbəsi ilə başa
çatıb. Çelsi - Olimpiakos: 3-0 /ANS PRESS/
Portu və Şalkenin arasındakı oyunun əsas və əlavə vaxtı 1 - 0
hesabı ilə bitib.
Qolu 86-cı dəqiqədə
Lisandro Şalkenin qapısından keçirib. İlk oyun 1 - 0 hesabı ilə Şalkenin xeyrinə
bitdiyindən penalti zərbələrinə keçilib. Burada, Şalke daha dəqiq olub: 4 -1
Roma səfərdə Real
Madridə 2 - 1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Roma əvvəlcə Taddeinin qolu ilə 73-cü dəqiqədə irəli çıxıb. İki
dəqiqə sonra Raul hesabı bərabərləşdirib. Vuçiniç 92-ci dəqiqədə Romanın qələbə
topunu vurub.
İnter - Liverpul matçı isə ayın 11-də keçiriləcək.
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.