DataLife Engine > Futbol > Çempionlar Liqası, 1/8 final - cavab oyunları

Çempionlar Liqası, 1/8 final - cavab oyunları


5 ìàðòà 2008. Ðàçìåñòèë: Ismail

Çempionlar liqasının 1/4 finalına vəsiqə qazanan komandalar bəlli olub

Sevilya komandası ilə qarşılaşan Türkiyənin Fənərbaxça klubu da ¼ finala vəsiqə qazanıb

Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanan 4 klubun adı məlum oldu. Bu siyahıda Fənərbaxça da var. Fənərlilər İspaniyanın “Seviliya” komandası ilə qarşılaşıb. Matç “Sevilya” üçün pis başlamayıb. İspaniyalı futbolçular ilk 10 dəqiqənin tamamında Daniel Albeş və Keytanın qolları ilə hesabda irəli çıxdılar, 2-0. Fənərbaxça cavab qolunu matçın 20-ci dəqiqəsində vurdu. Devid De Souza uzəq küncü dəqiq nişan aldı, 2-1. Amma bu da ilk yarıda vurulmuş son qol olmadı. 41-ci dəqiqədə Alveşdən dəqiq ötürmə alan Frederik Kanute Volkana seçim yeri qoymadı, 3-1. Üçüncü qol da istanbullu futbolçuları məyus etmədi. Matçın başa çatmasına 11 dəqiqə qalmış Devid de Souza özünün və komandasının 2-ci qolunu vurdu, 3-2.

Oyunun əsas vaxtı elə bu hesabla başa çatdı və cütün qalibini müəyyən etmək üçün hakim əlavə 30 dəqiqə təyin etdi. Bu dəqiqələr də qalibin kimliyinə aydınlıq gətirmədi. Ən güclü səkkizlikdə mübarizəni davam etdirəcək kollektiv ancaq penaltı seriyalarından sonra bilindi. Bu qarşıdurmada Volkan həmkarı Palopu çeviklikdə üstələdi. “Sevilya”nın heyətində Eskude, Daniel Alveş kimi təcrübəli futbolçular Volkan səddini aşa bilmədilər. Sonuncu ümumiliydə 3 penaltını qaytararaq komandasını 1/4 finala çıxardı. Fənərbaxça tarixində ilk dəfə olaraq Çempionlar Liqası turnirinin ən güclü səkkiz kollektivi arasında mübarizə aparacaq. Sevilya - Fənərbaxça: 3-2 /ANS PRESS/

Milan komandası isə öz meydançasında Arsenala 2 - 0 hesabı ilə məğlub olaraq Çempionlar liqası ilə vidalaşıb.

İngiltərədə keçirilən oyun heç-heçə bitmişdi. Cavab görüşündə qalib gələcək komanda növbəti mərhələyə adlayacaqdı. Fabregas və Adebayorun vurduğu qollar Arsenalı növbəti mərhələyə çıxarıb.

 

Mançester Yunayted komandası öz meydançasında Olimpik Liona 1 - 0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.

Qolu 41-cü dəqiqədə Cristian Ronaldo rəqib qapısından keçirib. Xatırladaq ki, ilk oyun 1 - 1 hesabı ilə heş-heçə bitmişdi.

Barselona isə evdə Şotlandiyanın Seltik komandasına 1 - 0 hesabı ilə qalib gəlib.

Qolu 3-cü dəqiqədə rəqib qapısından Xavi keçirib. İlk oyunda Barselona 3 - 2 hesabı ilə qalib gəlmişdi.

 

Yerdə qalan 4 oyundan üçü - Real - Roma, Çelsi - Olimpiakos və Portu - Şalke bugün, İnter - Liverpul matçı isə ayın 11-də keçiriləcək.