Çempionlar Liqası, 1/8 final - cavab oyunları » Islam Ислам :: Xeberler Новости :: Video Видео :: Futbol :: Zarafatlar Шутки :: Resmler Картинки :: Oyunlar Игры :: Intellektual Интеллектуальный :: Sevgi :: Avtos və avtomobillər :: SMS :: Proqramlar Программы :: Flash :: Derslikler Учебники :: Muxtelif Разное
Çempionlar liqasının 1/4 finalına vəsiqə qazanan komandalar bəlli olub
Sevilya
komandası ilə qarşılaşan Türkiyənin Fənərbaxça klubu da ¼ finala vəsiqə qazanıb
Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanan
4 klubun adı məlum oldu. Bu siyahıda Fənərbaxça da var. Fənərlilər İspaniyanın
“Seviliya” komandası ilə qarşılaşıb. Matç “Sevilya” üçün pis başlamayıb.
İspaniyalı futbolçular ilk 10 dəqiqənin tamamında Daniel Albeş və Keytanın
qolları ilə hesabda irəli çıxdılar, 2-0. Fənərbaxça cavab qolunu matçın 20-ci
dəqiqəsində vurdu. Devid De Souza uzəq küncü dəqiq nişan aldı, 2-1. Amma bu da
ilk yarıda vurulmuş son qol olmadı. 41-ci dəqiqədə Alveşdən dəqiq ötürmə alan
Frederik Kanute Volkana seçim yeri qoymadı, 3-1. Üçüncü qol da istanbullu
futbolçuları məyus etmədi. Matçın başa çatmasına 11 dəqiqə qalmış Devid de Souza
özünün və komandasının 2-ci qolunu vurdu, 3-2.
Oyunun əsas vaxtı elə bu hesabla başa çatdı və cütün qalibini müəyyən etmək üçün
hakim əlavə 30 dəqiqə təyin etdi. Bu dəqiqələr də qalibin kimliyinə aydınlıq
gətirmədi. Ən güclü səkkizlikdə mübarizəni davam etdirəcək kollektiv ancaq
penaltı seriyalarından sonra bilindi. Bu qarşıdurmada Volkan həmkarı Palopu
çeviklikdə üstələdi. “Sevilya”nın heyətində Eskude, Daniel Alveş kimi təcrübəli
futbolçular Volkan səddini aşa bilmədilər. Sonuncu ümumiliydə 3 penaltını
qaytararaq komandasını 1/4 finala çıxardı. Fənərbaxça tarixində ilk dəfə olaraq
Çempionlar Liqası turnirinin ən güclü səkkiz kollektivi arasında mübarizə
aparacaq. Sevilya - Fənərbaxça: 3-2 /ANS PRESS/
Milan komandası
isə öz meydançasında Arsenala 2 - 0 hesabı ilə məğlub olaraq Çempionlar liqası
ilə vidalaşıb.
İngiltərədə keçirilən oyun
heç-heçə bitmişdi. Cavab görüşündə qalib gələcək komanda növbəti mərhələyə
adlayacaqdı. Fabregas və Adebayorun vurduğu qollar Arsenalı növbəti mərhələyə
çıxarıb.
Mançester
Yunayted komandası öz meydançasında Olimpik Liona 1 - 0 hesabı ilə qalib gələrək
növbəti mərhələyə adlayıb.
Qolu 41-cü dəqiqədə
Cristian Ronaldo rəqib qapısından keçirib. Xatırladaq ki, ilk oyun 1 - 1 hesabı
ilə heş-heçə bitmişdi.
Barselona isə evdə
Şotlandiyanın Seltik komandasına 1 - 0 hesabı ilə qalib gəlib.
Qolu 3-cü dəqiqədə rəqib qapısından Xavi keçirib. İlk oyunda Barselona 3 - 2
hesabı ilə qalib gəlmişdi.
Yerdə
qalan 4 oyundan üçü - Real - Roma, Çelsi - Olimpiakos və Portu - Şalke bugün,
İnter - Liverpul matçı isə ayın 11-də keçiriləcək.
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.