DataLife Engine > Islam > Bir dəstə gül. Şəhvət
Bir dəstə gül. Şəhvət3 ìàðòà 2008. Ðàçìåñòèë: Ismail |
ŞƏHVƏT354–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Üç şeydən qorxuram ki, məndən sonra ümmətim arasında vücuda gələ: 1. Hidayət olduqdan sonra yolunu azmaq (yə`ni ata-anaları müsəlman olduğu islam mühitində böyüyüb Qur`an hökmlərini eşidərək din yoluna gəldikləri halda əməldə, əxlaqda və ya əqidəsində haqq yolundan çıxmaları); 2. Azdırıcı fitnələrdən (yə`ni qorxuram ki, müxtəlif vəziyyət və dəyişiklikdə dinə qarşı olan möhkəmliklərini əldən verələr, imtahandan yaxşı çıxmayalar və Allah-pərəstlik zirvəsindən dünyapərəstlik alçaqlıqlarına enələr); 3. Qarın və cinsi şəhvətlərindən. Kafi /2/79.***355–İmam Baqir əleyhissalam buyurur: Heç bir ibadət qarın və cinsi şəhvət paklığından yaxşı deyil. Kafi /2/80.***356–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Günah və şəhvət üçün şəraiti olan, lakin Allah qorxusundan ondan imtina edən şəxsə, Allah-taala cəhənnəm odunu haram edər və onu (qiyamət günündə) böyük bəladan qoruyub saxlayar. Məkarimul-əxlaq /429.***357–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qarın, dil və ovrətinin şərindən qorunan adam, bütün günahların əlindən canını qurtarmışdır. Mühəccətul-beyza.***358–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: (Günah edən zaman) ləzzətlərin qurtaracağını, onun pis tə`sirlərinin isə qalacağını yadınıza salın. Nəhcül-bəlağə /553.***359–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kim şəhvətlə bir oğlanı öpsə, Allah qiyamət günündə onu odlu yüyənlə cilovlayacaqdır. Kafi /5/548.***360–İmam Baqir əleyhissalam buyurur: Hansı zəhmət qarının və ovrətin (haramdan) qorunmasından üstün ola bilər? Kafi /2/79. |