ŞƏHVƏT
354–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Üç şeydən qorxuram
ki, məndən sonra ümmətim arasında vücuda gələ: 1. Hidayət olduqdan sonra yolunu
azmaq (yə`ni ata-anaları müsəlman olduğu islam mühitində böyüyüb Qur`an
hökmlərini eşidərək din yoluna gəldikləri halda əməldə, əxlaqda və ya əqidəsində
haqq yolundan çıxmaları);
2. Azdırıcı fitnələrdən (yə`ni qorxuram ki, müxtəlif vəziyyət və dəyişiklikdə
dinə qarşı olan möhkəmliklərini əldən verələr, imtahandan yaxşı çıxmayalar və
Allah-pərəstlik
zirvəsindən dünyapərəstlik
alçaqlıqlarına enələr);
3. Qarın və cinsi şəhvətlərindən.
Kafi /2/79.
***
355–İmam Baqir əleyhissalam buyurur: Heç bir ibadət qarın
və cinsi şəhvət paklığından yaxşı deyil.
Kafi /2/80.
***
356–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Günah və şəhvət
üçün şəraiti olan, lakin Allah qorxusundan ondan imtina edən şəxsə, Allah-taala
cəhənnəm odunu haram edər və onu (qiyamət günündə) böyük bəladan qoruyub
saxlayar.
Məkarimul-əxlaq
/429.
***
357–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qarın, dil və
ovrətinin şərindən qorunan adam, bütün günahların əlindən canını qurtarmışdır.
Mühəccətul-beyza.
***
358–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: (Günah edən
zaman) ləzzətlərin qurtaracağını, onun pis tə`sirlərinin isə qalacağını yadınıza
salın.
Nəhcül-bəlağə
/553.
***
359–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kim şəhvətlə bir
oğlanı öpsə, Allah
qiyamət günündə onu odlu yüyənlə cilovlayacaqdır.
Kafi /5/548.
***
360–İmam Baqir əleyhissalam buyurur: Hansı zəhmət qarının
və ovrətin (haramdan) qorunmasından üstün ola bilər?
Kafi /2/79.