DataLife Engine > Muxtelif - Ðàçíîå > Rusların itmiş xəzinəsi tapılıb

Rusların itmiş xəzinəsi tapılıb


2 ìàðòà 2008. Ðàçìåñòèë: Ismail

Rusların itmiş xəzinəsi tapılıb

Ömrünü dünyanın 8-ci möcüzəsi adlandırılan “Kəhrəba otağın” axtarışlarına həsr etmiş xəzinə ovçusu Kristian Hausteyn sonda arzusuna çatıb.
 

Rusiyanın itmiş xəzinəsi 67 ildir gizlədildiyi Almaniyanın Döyçendorf qəsəbəsində insanlar tərəfindən düzəldilmiş mağaradan tapılıb. “Kəhrəba otaq” 1941-ci ildə faşistlər tərəfindən hücumlara məruz qalmış Sankt-Peterburqdakı Yekaterina Sarayının bir hissəsini təşkil edirdi. Sözügedən otaq adını divarlardakı qızıl bəzək əşyaları üzərində işlənmiş kəhrəba bəzəklərdən alıb.
“Kəhrəba otaq”dan ən azı 2 ton qızılla yanaşı, bahalı əşyalar, qiymətli daşlar və ləl-cəvahirat aparan faşistlər özlərindən sonra boş bir otaq qoyublar. Uzun illər davam edən axtarışlar isə yalnız 67 ildən sonra öz bəhrəsini verib. Axtarış cihazları vasitəsilə xəzinənin yerini tapdığını açıqlayan Hausteyn 20 metr dərinlikdə yerləşən mağaranın “Kəhrəba otaq” kimi bəzədildiyini söyləyib. Onun sözlərinə görə, otaqda tonlarla qızıl və qiymətli daşlar var. Xəzinənin girişində və daxilində tələlərin qurulduğunu deyən Hausteyn bir neçə gün sonra mağaraya mütəxəssislərin köməyi ilə girəcəklərini açıqlayıb. /zaman.az/