DataLife Engine > Futbol > Avropa çempionatının təqdimetmə mərasimi keçirilib

Avropa çempionatının təqdimetmə mərasimi keçirilib


1 марта 2008. Разместил: Ismail

Futbol üzrə Avropa çempionatı kubokunun təqdimetmə mərasimi keçirilib

Avropa çempionatının açılış mərasimi isə iyunun 29-da Vyana şəhərində olacaq

İsveçrədə Futbol üzrə Avropa çempionatı kubokunun təqdimetmə mərasimi keçirilib. Bu tədbir İsveçrə və Avstriyada keçiriləcək yarışın startına 100 gün qalmış baş tutub. Xatırladaq ki, gümüş kubok uğrunda köhnə qitənin ən güclü 16 yığması mübarizə aparacaq. Təqdimetmə mərasimində Avropa çempionatının təşkilat komitəsinin direktoru Martin Kalli hər şeyin yüksək səviyyədə təşkil olunduğunu deyib. Onun sözlərinə görə, azarkeşlərə və komandalara açılış oyununun start fitinin səslənəcəyi anı gözləmək qalır. Turnirin 10 dildə fəaliyyət göstərəcək rəsmi internet səhifəsi martın 1-dən etibarən istifadəyə veriləcək. Qeyd edək ki, Avropa çempionatının açılış mərasimi iyunun 7-də İsveçrədə təşkil olunacaq. Final oyunu isə iyunun 29-da Avstriyanın paytaxtı Vyananın Ernst-Happel stadionunda olacaq. /ANS PRESS/