
Futbol üzrə Avropa çempionatı kubokunun təqdimetmə mərasimi keçirilib
Avropa çempionatının açılış mərasimi isə iyunun 29-da Vyana şəhərində olacaq
İsveçrədə Futbol üzrə Avropa çempionatı kubokunun təqdimetmə mərasimi keçirilib.
Bu tədbir İsveçrə və Avstriyada keçiriləcək yarışın startına 100 gün qalmış baş
tutub. Xatırladaq ki, gümüş kubok uğrunda köhnə qitənin ən güclü 16 yığması
mübarizə aparacaq. Təqdimetmə mərasimində Avropa çempionatının təşkilat
komitəsinin direktoru Martin Kalli hər şeyin yüksək səviyyədə təşkil olunduğunu
deyib. Onun sözlərinə görə, azarkeşlərə və komandalara açılış oyununun start
fitinin səslənəcəyi anı gözləmək qalır. Turnirin 10 dildə fəaliyyət göstərəcək
rəsmi internet səhifəsi martın 1-dən etibarən istifadəyə veriləcək. Qeyd edək ki,
Avropa çempionatının açılış mərasimi iyunun 7-də İsveçrədə təşkil olunacaq.
Final oyunu isə iyunun 29-da Avstriyanın paytaxtı Vyananın Ernst-Happel
stadionunda olacaq. /ANS PRESS/