Günəş
sistemində Neptunun arxasında daha bir göy cismi gizlənə bilər
Yaponiyanın Kobe universiteninin astronomları belə qərar gəliblər
Yaponiyanın Kobe universiteninin astronomlarının rəyinə əsasən, Günəş sistemində
Neptunun arxasında daha bir göy cismi gizlənə bilər. Araşdırmanın rəhbəri
professor Tadasi Mukai yeni planetin bir neçə ilə tapılacağını deyib. Yer
kürəsindən 12 milyard km məsafədə yerləşən planet həddindən artıq iridir və
günəş ətrafında dövrəni təxminən min ilə başa vurur.
Xatırladaq ki, 2006-ci ildə Beynəlxalq Astronom Mərkəzi Plutonu Günəş sistemi
siyahısından çıxarıb. Təşkilatın rəyinə əsasən, bu siyahıya ancaq cazibə qüvvəsi
olacaq böyüklükdə olan planetlər daxil edilə bilər. Pluton bu kateqoriyaya
karlik planetlər kateqoriyasına daxil edilib. Lakin Yaponiya universitenin
professoru Mukai və onun yardımçısı Patrik Likavka günəş sistemində 9 planet
olduğuna inanır. Onlar bu qənaətə Neptunun arxasındakı səma cisimlərinin orbit
xüsusiyyətlərini araşdıraraq gəliblər./ANS PRESS/