Dünyanın
ən kök adamı 230 kq arıqlayıb
Dünyanın ən kök adamı kimi Ginnesin Rekordlar Kitabına düşən 41 yaşlı meksikalı Manuel Uribe 230 kiloqram
arıqlayıb.
2006-cı
ildə çəkisi 570 kiloqram olan Uribe tutduğu pəhriz nəticəsində çəkisini 340 kiloqrama
endirməyi bacarıb. Uribe hazırda özünü yaxşı hiss
etdiyini söyləyib: “Özümü çox yaxşı hiss edirəm. Həkimlərim heç bu qədər yaxşı
olmadığımı deyirlər”. Hədəfinin 4 ildə 120 kiloqrama enmək olduğunu söyləyən
Manuel bu məqsədlə yataqda idman hərəkətləri etdiyini vurğulayıb.
Uribe 1992-ci ildən köklükdən əziyyət çəkir. Yataq həyatı yaşayan Manuelə
Montereydəki evində anası və nişanlısı qulluq edirlər.
Xatırladaq ki, meksikalılar hazırda köklükdə dünya birincisi olan amerikalılarla
yarışırlar. Meksika Səhiyyə Nazirliyinin hesabatına görə, əhalinin təxminən
yarısı artıq çəkidən əziyyət çəkir.
/zaman.az/