BİR
NEÇƏ MÜĞƏNNİ XALQIN ACILI XOCALI SOYQIRIMI GÜNÜNDƏ İSRAİLDƏ KONSERT VERİBLƏR
Dünən İsraildə
konsert proqramı ilə çıxış edən sənətçilər - Nadir Qafarzadə, Ruhəngiz
Allahverdiyeva, Aşıq Zülfiyyə və İlqar adlı müğənnidir. Hazırda İsraildə olan
Nadir Qafarzadə APA-ya açıqlamasında bu faktı qismən təsdiqləyib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya
açıqlamasında baş verən hadisəni pisləyib: “Bütün Azərbaycan ictimaiyyəti XX
əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı gününü matəm kimi qeyd edir.
Mədəniyyət və Turizm Nazirliyi də həmin günlə əlaqədar silsilə tədbirlər,
sərgilər keçirir. Dövlət səviyyəsində faciəmizi beynəlxalq ictimaiyyətin
nəzərinə çatdırmaq üçün dünyanın bir çox ölkələrində anım tədbirləri keçirilir.
Əgər belə bir hal baş veribsə, bunu qətiyyətlə pisləyirik. Azərbaycan
mədəniyyətini və incəsənətini təbliğ edən hər bir kəs bu hərəkəti etməli deyil.
Bu addımı atmağa onların mənəvi haqları yoxdur”. İ. Hümbətov deyib ki, məsələ
ilə bağlı dəqiqləşdirmə aparılacaq və bu hal təsdiqləndiyi təqdirdə, həmin
sənətçilərlə bağlı lazımi ölçü götürüləcək.
APA
/islam-azeri.az/