DataLife Engine > Xeberler - Новости > XOCALI SOYQIRIMI GÜNÜ KONSERT

XOCALI SOYQIRIMI GÜNÜ KONSERT


27 февраля 2008. Разместил: Ismail

BİR NEÇƏ MÜĞƏNNİ XALQIN ACILI XOCALI SOYQIRIMI GÜNÜNDƏ İSRAİLDƏ KONSERT VERİBLƏR 

Dünən İsraildə konsert proqramı ilə çıxış edən sənətçilər - Nadir Qafarzadə, Ruhəngiz Allahverdiyeva, Aşıq Zülfiyyə və İlqar adlı müğənnidir. Hazırda İsraildə olan Nadir Qafarzadə APA-ya açıqlamasında bu faktı qismən təsdiqləyib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya açıqlamasında baş verən hadisəni pisləyib: “Bütün Azərbaycan ictimaiyyəti XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı gününü matəm kimi qeyd edir. Mədəniyyət və Turizm Nazirliyi də həmin günlə əlaqədar silsilə tədbirlər, sərgilər keçirir. Dövlət səviyyəsində faciəmizi beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq üçün dünyanın bir çox ölkələrində anım tədbirləri keçirilir. Əgər belə bir hal baş veribsə, bunu qətiyyətlə pisləyirik. Azərbaycan mədəniyyətini və incəsənətini təbliğ edən hər bir kəs bu hərəkəti etməli deyil. Bu addımı atmağa onların mənəvi haqları yoxdur”. İ. Hümbətov deyib ki, məsələ ilə bağlı dəqiqləşdirmə aparılacaq və bu hal təsdiqləndiyi təqdirdə, həmin sənətçilərlə bağlı lazımi ölçü götürüləcək.
APA

/islam-azeri.az/