“Qoca
adama heç bir ölkədə yer yoxdur” filmi 4 nominasiyada "Oskar"a layiq görülüb
Oskar
Coel və Ethan Koen qardaşlarına təqdim edilib
Amerika kino akademiyasının mükafatı olan Oskarın təqdimetmə mərasimi keçirilib.
“Qoca adama heç bir ölkədə yer yoxdur” filmi 4 nominasiyada, o cumlədən “Ən
yaxşı film” və “Ən yaxşı rejissor işi”nə görə "Oskar"a layiq görülüb. Filmin
qazandığı mükafatlarsa onun istehsalçıları Coel və Ethan Koen qardaşlarına
təqdim edilib. Filmdə rol alan Havyer Bardem isə “Ən yaxşı ikinci dərəcəli rol”
ifaçısı adına layiq görülüb. "Neft" filmindəki roluna görə Daniel Dey Luis “Ən
yaxşı kişi aktyoru” adını qazanıb. Marşon Kotilard isə “Çəhrayı rəngdə ömür”
filmindəki möhtəşəm aktyor ifasına görə “Ən yaxşı aktrisa” nominasiyasında "Oskar"
mükafatının birinciləri sırasına düşüb./ANS PRESS/