DataLife Engine > Xeberler - Новости > Bəzi şirkətlər alıcıları saxta güzəşt kompaniyaları ilə aldadırlar

Bəzi şirkətlər alıcıları saxta güzəşt kompaniyaları ilə aldadırlar


26 февраля 2008. Разместил: Ismail

Bəzi şirkətlər alıcıları saxta güzəşt kompaniyaları ilə aldadırlar

Belə hallara daha çox tikinti və mobil telefon bazarında rast gəlinir

    Azərbaycanda bəzi şirkətlər alıcıları saxta güzəşt kampaniyaları ilə aldadırlar. Bu hal özünü daha çox tikinti və mobil telefon bazarında göstərir.
Reklam bazarını araşdıran ekspertlərin sözlərinə görə, bəzi şirkətlər mal və xidmətlərin satışını artırmaq üçün məhsullar barədə məlumatları şişirdir. Belə hallara daha çox reklam olunan mallarda rast gəlinir.
Məsələn, mobil telefon satanlar məlumatları istehlakçıya tam çatdırmır. Müştəirlər telefon alarkən onlara sığorta və zəmanətlə bağlı əlavə şərtlər irəli sürülür. Bəzən isə zəmanət talonları verilsə də satıcılar yararsız hala düşmüş telefonun dəyişdirilməsini və təmirini boynuna götürmürlər.

    Tikinti şirkətləri isə müştəriləri kreditlə ev satarkən aldadır. Bəzən mənzillərin ilkin ödənişsiz və faizsiz satıldığı bildirilsə də sonradan müştəridən ilkin ödəniş tələb olunur. Faizsiz adı ilə reklam olunan kreditlər isə əslində yüksək faizli bank kreditləridir. Banklar da reklam çarxlarında ən aşağı kredit və ən yuxarı əmanət faizlərini göstərirlər. Belə məlumata uyan müştərilər banka gedərkən bunun əksi ilə qarşıdlaşırlar.
İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Antiinhisar Xidmətindən ANS-ə verilən məlumata görə, reklam bazarında monitorinqlər aparılır. Bəzi güzəşt kampaniyaları istisna olmaqla müştərilərin aldadılması ilə bağlı ciddi faktlar aşkarlanmayıb. Belə hallarla qarşılaşan müştərilər xidmətə müraciət edə bilər.
/ANSPRESS/