MiQ-29 tipli qırıcı təyyarənin qara qutusu və pilotların cəsədləri dənizin
dibindən qaldırılıb
Bu
barədə məlumatı ANSPRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar
Sabiroğlu verib
Yanvarın 29-da təlim uçuşları
zamanı qəzaya uğrayaraq Xızı rayonunun Şurabad qəsəbəsi yaxınlığında Xəzər
dənizinə düşən MiQ-29 tipli qırıcı təyyarənin qara qutusu və pilotların
cəsədləri tapılıb. Dünən pilotların cəsədləri
və təyyarənin qalıqları dənizin dibindən qaldırılıb.
Xatırladaq ki, qəza
nəticəsində təyyarənin hər iki pilotu - Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak
olub. /ANSPRESS/